İSSN 3005-3137 
EISSN 3005-4982

Mahmud

WhatsApp Image 2024 05 23 at 11.51.41Türkologiya elminə ağır itki üz vermişdir. Mahmud Kaşğarlının "Divani lüğət-it türk" əsərinin Azərbaycan dilinə tərcümə edilməsi və nəşri sahəsində əvəzsiz xidmətlər göstərmiş, türk dünyasında tanınmış türkoloq-alim, işıqlı, sadə, təvazökar, əvəzsiz Alim, "Mahmud Kaşğarlı" Beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü, f.e.d., prof. Ramiz Əsgər bizim sıralarımızı tərk etmişdir. "Mahmud Kaşğarlı" jurnalının redaksiya heyəti və əməkdaşları elmi ictimaiyyətə, yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmətlər diləyir.

Jurnal haqqında

"Mahmud Kaşğarlı" Beynəlxalq elmi jurnalı ADPU-nun Türkoloji Mərkəzinin nəzdində təsis edilmişdir. Jurnalın əsas məqsədi müasir dövrümüzdə türk dünyasında türk dillərinin, türk ədəbiyyatının, türk xalqlarının tarixi, inkişaf mərhələləri, müasir vəziyyəti, etnoqrafiyası, etimologiyası, mədəniyyəti, incəsətinə və eləcə də türklərin ilkin Vətəninin müəyyənləşdirilməsi üçün antropoloji, arxeoloji, genetika elminin son nailiyyətlərinə aid tədqiqatların nəşrini həyata keçirməkdir. Türkoloji araşdırmaların əsasını daha çox dilçilik, ədəbiyyatşünaslıq, tarix, arxeologiya, etnoqrafiya, etimologiya, mədəniyyət, incəsənət sahələri əks etdirdiyi üçün jurnal daha çox bu istiqamətdə olan elmi tədqiqatları əhatə edir. Jurnalın redaksiya heyətinə nəzərdə tutulmuş bölmələr üzrə Azərbaycanın bu sahədə kifayət qədər əsərləri olan türkoloq alimlər daxil edilmişdir. "Mahmud Kaşğarlı" jurnalına həmçinin türk dünyasının nüfuzlu türkoloq alimləri Beynəlxalq məsləhətçi kimi cəlb olunmuşdur.
Jurnala göndərilən məqalələrin əvvəlcə nəşrə dair tələblərə uyğunluğu yoxlanır, rəydən keçirilir və yalnız bundan sonra dərc olunur.

Image
Image

Əməkdaşlıq etdiyimiz türk təşkilatları

© 2024 kashgarli.az Bütün hüquqlar qorunur