“Mahmud Kaşğarlı” Beynəlxalq elmi jurnalının II cild I nömrəsi dərc olunmuşdur. Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır. Topluda Azərbaycan, Türkiyə, Koreya, Özbəkstan, Qırğızstan, Ukrayna alimlərinin dilçilik, ədəbiyyat, tarix, mədəniyyət, arxivşünaslıq, xalçaçılıq, memarlıq sahələri üzrə Jonqhee Lee; Chonq Jin Oh, Nizami Tağısoy, Rüstəm Rəsulov, Tinçtikbek Çorotegin, Yaroslav Pilipçuk, Baybolot Abıtov, Joldoşbek Bötöneyev, Mirvari İsmayılova, Elman Quliyev, Azamat Bakırov, Aydın Məmmədov, Ahmet Aytacın Türkoloji aspektdə elmi-tədqiqat işləri dərc olunmuşdur.
Mahmud Kaşğarlı Beynəlxalq elmi jurnalının 2-ci Xüsusi buraxılış nömrəsi çapdan çıxmışdır. Bu nömrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Heydər Əliyev ili elan olunması ilə əlaqədar olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur. Xüsusi buraxılışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya və Qırğızıstanın görkəmli alimlərinin məqalələri dərc olunmuşdur.
"Mahmud Kaşğarlı" beynəlxalq elmi jurnalının ilk nömrəsində türk dünyasının nüfuzlu türkoloqlarının dilçilik, ədəbiyyatşünaslıq, tarix, incəsənət və mədəniyyət sahələri üzrə elmi məqalələri yer almışdır.