1926-cı ildə Türk xalqlarının milli oyanış hadisəsinə çevrilən tarixi Birinci Türkoloji Qurultay türkologiyanın intelektual mərkəzi Bakıda İsmailiyyə binasında keçirildi və bu türkologiyanın inkişafında yeni bir eranın başlanğıcı oldu. Birinci Türkoloji Qurultayın türkologiya elminə böyük töhfələr verən V.Radlova həsr olunmasını macar alimi T.Mentzel təklif edir. Azərbaycan nümayəndələri isə Qurultayın İ.Qaspıralının xatirəsinə həsr olunması təşəbbüsü ilə çıxış edirlər. Beləliklə, Birinci Türkoloji Qurultayın bu iki görkəmli türkoloq alimin xatirəsinə həsr olunması qərara alınır. İsmayıl bəy Qaspıralı Vilhelm Radlov (1851 - 1914)` (1837 - 1918) Türk dünyasının fikir ideoloqu, İ.Qaspıralının “Dildə, İşdə, Fikirdə birlik” çağırışı müasir ümumtürk dünyasının amalına çevrilmişdir. İctimai-siyasi xadim, mütəfəkkir maarifçi, əslən Krım tatarı olan İ.Qaspıralının adı Türk dünyasının oyanışı, tərəqqisi və birliyinin ideoloqu kimi tarixə düşmüşdür. Türkologiya elmində göstərdiyi əvəzsiz xidmətl · Cild 4, № 2 (10), 2026
/ …
Yüklə
Jurnal açılır…