Əziz dostlar!
Türk dünyasının böyük dühası, türkoloq alim Mahmud Kaşğarlının "Divanü lüğat-it türk" əsərinin 950 illiyinə həsr olunmuş Xüsusi buraxılışı Sizə təqdim edirik.
Növbəti nömrələrimizdə də Mahmud Kaşğarlının Divanına aid elmi tədqiqatlarınızı böyük məmnuniyyətlə dərc etməyə hazırıq.
“Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının 2024-cü il 2-ci nömrəsi böyük mütəfəkkir, ilk türkoloq alim Mahmud Kaşğarlının “Divanü lüğət-it türk” əsərinin 950 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışıdır. Jurnalımızın bu sayında türk dünyasının tanınmış alimlərinin Mahmud Kaşğarlının “Divanü lüğət-it türk” əsərinə aid tədqiqat işləri toplanıb.
Jurnal haqqında
"Mahmud Kaşğarlı" Beynəlxalq elmi jurnalı ADPU-nun Türkoloji Mərkəzinin nəzdində təsis edilmişdir. Jurnalın əsas məqsədi müasir dövrümüzdə türk dünyasında türk dillərinin, türk ədəbiyyatının, türk xalqlarının tarixi, inkişaf mərhələləri, müasir vəziyyəti, etnoqrafiyası, etimologiyası, mədəniyyəti, incəsətinə və eləcə də türklərin ilkin Vətəninin müəyyənləşdirilməsi üçün antropoloji, arxeoloji, genetika elminin son nailiyyətlərinə aid tədqiqatların nəşrini həyata keçirməkdir. Türkoloji araşdırmaların əsasını daha çox dilçilik, ədəbiyyatşünaslıq, tarix, arxeologiya, etnoqrafiya, etimologiya, mədəniyyət, incəsənət sahələri əks etdirdiyi üçün jurnal daha çox bu istiqamətdə olan elmi tədqiqatları əhatə edir. Jurnalın redaksiya heyətinə nəzərdə tutulmuş bölmələr üzrə Azərbaycanın bu sahədə kifayət qədər əsərləri olan türkoloq alimlər daxil edilmişdir. "Mahmud Kaşğarlı" jurnalına həmçinin türk dünyasının nüfuzlu türkoloq alimləri Beynəlxalq məsləhətçi kimi cəlb olunmuşdur.
Jurnala göndərilən məqalələrin əvvəlcə nəşrə dair tələblərə uyğunluğu yoxlanır, rəydən keçirilir və yalnız bundan sonra dərc olunur.
MAHİRƏ NAĞI QIZI HÜSEYNOVA f.e.d., prof. ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru və prorektorluğun nəzdində Türkoloji Mərkəzin müdiri, ADPU-nun Elmi Şuranın üzvü, “Qərbi Azərbaycan İcması” idarə heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın filologiya və pedaqogika üzrə Ekspert Şurasının sədri, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının, AYB-nin üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi, “Səməd Behrəngi” Beynəlxalq mükafatçısı, Prezident təqaüdçüsü.
Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, qızıl döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “Qaqbaqcıl təhsil işçisi” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür.
2008-ci ildən ADPU-nun Müasir Azərbaycan dili kaferasının müəllimi kimi fəaliyyətə başlamış, 2015-ci ildən Müasir Azərbaycan dili kafedrasının dosenti seçilmiş, həmin ildən kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professorudur. Elə həmin ildən ADPU-nun filologiya fakültəsinin dekanı seçilmişdir. M. Hüseynovanın rəhbərliyi ilə filalogiya fakültəsinin siması tamamilə dəyişilmişdir. O, fakültənin “Filoloq” qəzetinin təsisçisi, fakültənin nəzdində “Meh” ədəbi dərnəyinin yaradıcısıdır.
2021-ci ildən Beynəlxalq Əlaqələr üzrə prorektordur.
ADPU-nun müəllim və tələbələrin Orduya dəstək kampaniyasında fəal iştirakını təşkil etdiyinə görə 2020-ci il 4 noyabr Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən Milli Ordu-100 medalı ilə təltif edilmişdir. Eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Üzvü adına layiq görülmüşdür.
2020-ci ildən “Linqvistika problemləri” və “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnallarının təsisçisi və baş redaktoru, 2022-ci ildən Azərbaycan Elm Mərkəzinin “Elmi iş” beynəlxalq elmi jurnalının redaktoru, Euroasia Journal of Social Sciences & Humanities, “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya heyətinin üzvü, BDU-nun nəşr etdirdiyi “Türk filologiyası”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun nəzdində “Türkologiya” jurnallarının redaksiya heyətinin üzvüdür.
Elmi araşdırmaları ilə diqqəti cəlb edən M. Hüseynova 2001-ci ildən Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə tədqiqatlar aparmışdır. Həmin mahalın aşıq və el şairlərinin yaradıcılığı, onomastik vahidləri haqqında xeyli material toplamış, 2012-ci ildə başladığı işi uğurla davam etdirərək filologiya üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır. Bu məqamda o, həm görkəmli dilçi-alim Həsən Mirzəyevin filoloji görüşlərini, həm də Dərələyəzə aid olan dil faktlarını, poetik nümunələrini araşdırmışdır. Elə bunların nəticəsidir ki, o, 2017-ci ildə “XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri” adlı dissertasiyasını yazmış və onu uğurla müdafiə edərək filologiya elmləri doktoru adını qazanmışdır.Alimin araşdırmalarının nəticəsi olaraq xeyli sayda kitab işıq üzü görmüşdür.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 30 elmi kitabın - monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii (şeirlər) kitabının müəllifidir. Alimin Respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi məqaləsi çap olunmuşdur. Eynilə onun haqqında 300-dən yuxarı məqalə respublika mətbuatında dərc olunmuşdur:
Missiya (Ulu öndər Heydər Əliyevə həsr olunur). Bakı: ADPU-nun nəşri, 2020; Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008; Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009; Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011; Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013; Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013; Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013; Ədəbiyyatşünaslığa xidmət əzmi ilə Bakı: Elm və təhsil” nəşriyyatı, 2013; Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014; Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (dərs vəsaiti). Bakı: “Vətən” nəşriyyatı, 2014; Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014; Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014;
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016; Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015; XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015.
Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015; Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016; Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin poetikası. Bakı: 2017; Üslubi morfologiya. ADPU-nun mətbəəsi. Bakı: 2018; Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018; XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018; Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU-nun nəşriyyatı, 2018;
Tələbəlik illərində bədii yaradıcılığa başlamış, şeirləri “Gənc müəllim” qəzetində çap olunmuşdur: Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006; Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006; Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008; Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009; Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010; Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010; Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012; Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015; Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015; Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015; Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015; Ruhuna beşiksə, tanı, Vətəndir. (şeirlər) Bakı: Afpoliqraf mətbəəsi, 2017; Onun daş nağılı. (şeirlər) Bakı: ADPU-nun nəşri, 2019; Yanından keçmə dağların (bayatılar). Bakı: ADPU-nun nəşri, 2020;
M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuşdur. “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” adlı layihə çərçivəsində Respublika daxilində və xaricdə xeyli məqalələr yazmış, monoqrafiyalar dərc etdirmişdir: Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı: ADPU, 2019; “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası”. Bakı, ADPU, 2020; Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin qrammatik xüsusiyyətləri. Bakı, ADPU, 2022;
13-dən çox doktorant və magistrın elmi rəhbəri olmuşdur.
Respublika mətbuatında onun kitabları haqqında 300-dən çox məqalə dərc olunmuşdur. Bir çox qrant layihələrin, elmi-publisistik məqalələrin müəllifi, bir sıra genişmiqyaslı tədbirlərin təşkilatçısıdır
MİRVARİ ABBAS QIZI İSMAYILOVA f.e.d., professor. ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində Türkoloji Mərkəzin Türk dilləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın filologiya və pedaqogika üzrə Ekspert şurasının üzvü, ADPU Elmi Şurasının, TDƏM Reyasət Heyətinin üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi.
5 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 115 №li orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1977-ci ildə orta məktəbi bitirmiş, elə həmin il V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin fakültəni Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Abşeron rayonu Məmmədli kənd orta məktəbində (1981-1986-cı illər ərzində) Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Hələ orta məktəbdə işlədiyi dövrdə elmi məqalələri dövri mətbuatda, elmi jurnal və məcmuələrdə çap olunmuşdur.
1985-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1990-cı ildə “Azərbaycan dilində sözlərin məna dəyişmələri və onların “Azərbaycan dilinin izahlı lüğəti”ndə əksi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1995-ci ilə kimi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır.
O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət və terminologiya şöbəsinin işində yaxından iştirak etmiş, 3 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin III cildinin tərtibçisi (Bakı, Çıraq, 2000), “S.Vurğunun bədii dilinin izahlı lüğəti”nin (Bakı, Elm, 2011), “Azərbaycan dilinin frazeoloji lüğəti”nin, “Azərbaycan dilinin məcazlar lüğəti”nin tərtibçilərindəndir.
1998-ci ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, 2003-cü ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmiş, 2004-cü ildən hal-hazıra kimi Müasir Azərbaycan dili kafedrasının professorudur. M.İsmayılova Müasir Azərbaycan dili kafedrasına qəbul olunmuş magistrantlara Azərbaycan dilinin tarixi, Azərbaycan terminologiyasının əsasları, Azərbaycan dilinin aktual problemləri və s. fənlər üzrə mühazirələr oxumuş, seminar məşğələləri aparmış, həmin fənlər üzrə proqramlar tərtib etmişdir. Bakalavriat pilləsi üzrə Müasir Azərbaycan dilinin fonetika, leksikologiya, morfologiya və sintaksisindən, Türk dillərinin müqayisəsi və Azərbaycan dili və nitq mədəniyyəti, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənlərindən mühazirələr oxuyur, seminar məşğələləri aparır. ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi seminarının, Metodbirləşməsinin, universitet üzrə Test komissiyasının üzvü olmuşdur, hal-hazırda universitetin və filologiya fakültəsinin Elmi Şurasının üzvüdür.
5 yanvar 2002-ci ildə “Azərbaycan dili terminologiyasının linqvistik təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan dilçiliyində terminologiyaya aid tədqiqatların böyük əksəriyyəti sahə terminologiyalarının öyrənilməsinə həsr olunmuş, tədqiqat işləri daha çox təsviri planda aparılmışdır. Terminologiyanın əsas nəzəri və praktik problemləri isə qismən nəzərdən keçirilsə də, məsələnin kompleks şəkildə tədqiqi aktual idi. "Azərbaycan dili terminologiyasının linqvistik təhlili" adlı doktorluq dissertasiyası Azərbaycan terminologiyasının nəzəri və təcrübi məsələlərinə aid küll halında ümumiləşdirici bir tədqiqatdır. Dissertasiya işi aparıcı müəssisə kimi Rusiya Elmlər Akademiyası Dilçilik İnstitutunda REA-nın müxbir üzvü Ə.R.Tenişevin rəhbərliyi ilə Ural-Altay dilləri şöbəsində müzakirə olunmuş, M.V.Lomonosov adına MDU-nun nəzdində Asiya və Afrika ölkələri İnstitutunun türk filologiyası kafedrasına əlavə rəyə göndərilmişdir. Hər iki müəssisə dissertasiyaya müsbət rəy vermişdir. Dissertasiya işi T.Şevçenko adına Kiyev Milli Universitetində də müzakirə olunmuş, əsərin elmi məziyyətləri barədə yüksək elmi fikirlər söylənmişdir. M.İsmayılovanın “Azərbaycan dili terminologiyasının lingvistik təhlili” əsəri Azərbaycan Respublikası Milli Məclisi kitabxanasının kitab fonduna daxil edilmişdir.
2000-2002-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik və hüquqi təbliğat idarəsində mütəxəssis-filoloq kimi işləmiş, eyni zamanda Ədliyyə Nazirliyinin təlim-tədris mərkəzində Azərbaycan dilinin tarixi, mənşəyi və bir çox müasir problemlərinə aid mühazirələr oxumuşdur.
M.İsmayılova 2000-2015-ci illərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Nitq mədəniyyəti” fənnini tədris etmiş, “Nitq mədəniyyəti” üzrə proqram və dərslik (2012-ci il) hazırlamışdır.
2017-ci ildə ADPU-da tədris olunan Azərbaycan dili fənnləri üzrə keçirilən müsabiqədə fakültə üzrə ən yüksək bal toplayaraq qalib olmuşdur.
2018-ci ildə Azərbaycanın Türkiyənin Qars vilayətində yerləşən Baş konsulluğunun və Kars Kafkaz Universiteti ilə birgə təşkil etdiyi “Keçmişten Günümüze Azərbaycan Cümhuriyyeti - 100” adlı tədbirdə “Azərbaycan Cümhuriyyeti fenomeni” mövzusunda çıxış etmişdir. Türkiyə, Qars, 2018.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (“Elm -Təhsil inteqrasiyası” Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası (oğuz, qıpçaq dialektləri əsasında) mövzusunda məqsədli qrant müsabiqəsinin (2018/2019-cu və 2020/2021-ci il) qalibi kimi Türkiyənin Qars, İqdır şəhərlərində beynəlxalq konfranslarda (6-8 noyabr 2018), (10 sentyabr 2018); Rusiyanın Kazan şəhərində “Dünya türkologiyası və Kazan” X Beynəlxalq Elmi Konfransında, Moldova (2021-ci il, Yaponiya (2021-ci il) və digər beynəlxalq elmi konfranslarda çıxış etmiş, Rusiyanın nüfuzlu «Бюллетень науки и практики» 2018, 2019-cu il, AMEA-nın Əlyazmalar İnstitutunun “Filologiya məsələləri” toplusunda (2018, 2019-cu illərdə) və s. Türk dilləri dialektləri, Türk dillərinin tarixi inkişaf mərhələləri, Türk dilləri dialektlərində inteqrasiya və diferensiasiya məsələləri, Altayşünaslıq nəzəriyyəsi, türk dilləri və dialektlərində ahəng qanununun səciyyəvi xüsusiyyətləri və s. haqqında silsilə elmi məqalələrlə çıxış etmiş, 2022-ci ildə Ankarada “Türk dilləri dialektlərində inteqrasiya və diferensiasiya məsələləri” monoqrafiyası nəşr olunmuşdur. 200-dən çox elmi əsərin müəllifidir.
Kitabları:
- Azərbaycan dili terminologiyasının linqvistik təhlili (monoqrafiya). Bakı, Elm, 1997.
- Terminşünaslığın əsas məsələləri (monoqrafiya). Bakı, Elm, 1999.
- Azərbaycan dilinin izahlı lüğəti. III cild. Bakı, Çıraq, 2000.
- Terminologiyanın leksik-qrammatik məsələləri. (dərs vəsaiti). Bakı, ADPU, 2008.
- Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi (dərs vəsaiti). Bakı, ADPU,2008.
- Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi (metodik vəsait). Bakı, ADPU, 2008.
- Səməd Vurğunun bədii dilinin izahlı lüğəti. Bakı, Elm, 2011 (tərtibçilərdən biri).
- Azərbaycan dili və nitq mədəniyyəti. Dərslik, I cild. Bakı, ADPU, 2016.
- Azərbaycan dili və nitq mədəniyyəti: Aktual problemlər. (dərs vəsaiti). Bakı, ADPU, 2017.
- Rəsmi-işgüzar və akademik kommunikasiyanın funksional səciyyəsi (monoqrafiya) Bakı, ADPU, 2021.
- Azərbaycan dili və nitq mədəniyyəti. Dərslik, II cild. Bakı, ADPU, 2022.
12.Türk dilləri dialektlərində inteqrasiya və diferensiasiya məsələləri (monoqrafiya) Ankara, 2022.
13.Azərbaycan dilində akademik kommunikasiyanın aktual problemləri (monoqrafiya) Bakı, ADPU, 2022.
Proqramlar:
- Azərbaycan dilinin tarixi. Pedaqoji universitet və institutlarda magistrant hazırlığı üçün Proqram. Bakı, 2007.
- Terminologiyanın əsasları. Pedaqoji universitet və institutlarda magistrant hazırlığı üçün Proqram. Bakı, 2007.
- Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi (seçmə fənn). Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün ixtisas kursundan Proqram. Bakı, 2007.
- Nitq mədəniyyəti. FHN Akademiyasının Humanitar fənlər kafedrası. Bakalavr hazırlığı üçün Proqram. Bakı, 2012.
- Azərbaycan dili və nitq mədəniyyəti (fiziki tərbiyə və çağırışaqədərki hazırlıq). Müasir Azərbaycan dili kafedrası. Bakalavr hazırlığı üçün. Bakı, 2014.
- Azərbaycan dili terminologiyasının əsasları. Magistr hazırlığı üçün. “Azərbaycan dili terminologiyasının əsasları” fənnindən Proqram. Bakı, 2014.
- Azərbaycan dili və nitq mədəniyyəti (bütün ixtisaslar üzrə) Fənnindən bakalavr hazırlığı üçün Proqram. Bakı, 2016.
- Azərbaycan dili və nitq mədəniyyəti (bütün ixtisaslar üzrə) Fənnindən bakalavr hazırlığı üçün Proqram (təkmilləşdirilmiş). Bakı, ADPU, 2022.
- Azərbaycan dili və nitq mədəniyyəti (bütün ixtisaslar üçün) Proqram (təkrar nəşr). Bakı, ADPU, 2022.
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (bütün ixtisaslar üzrə). Bakalavr hazırlığı üçün Proqram. Bakı, ADPU, 2022.
M.İsmayılova Azərbaycan dili və ədəbiyyatı, xalqın milli-mənəvi dəyərləri, qeyri-maddi mənəvi irsi ilə bağlı dünya mətbuatında ara-sıra elmi, publisistik məqalələrlə çıxış edir. Onun İ.Nəsiminin 650 illik yubileyi ilə bağlı “ Love of a genius who didn’t fit into this world”. Bangladew- Daily Observer/31 avqust, 2019, Saturday; Azərbaycan mətbəx kultunun etnokulturoloji aspektləri mövzusunda “Ethno cultural characteristics of the culinary culture of Azerbaijan” Bangladew- Daily Observer/ 6 may, 2020 və s. məqalələri dünya mətbuatında dərc olunmuşdur.
M.İsmayılova Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın filologiya üzrə Ekspert Şurasının, TDƏM Reyasət heyətinin üzvüdür.
“Euroasiya journal of social sciences and humanities”, “Ozbekiston: Tıl va madaniyyat Amalıy Fılologıya Masalaları”, “Linqvistika problemləri” adlı Beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvü, “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının redaktorudur.
20-dən çox doktorant və magistrın elmi rəhbəri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə prof. M.A.İsmayılovaya Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Ailəlidir, 2 övladı var.