I Türkoloji Qurultayın keçirilməsi və tarixi missiyası
Xülasə
Məqalədə I Türkoloji Qurultaya hazırlıq, keçirilməsi və tarixi missiyası araşdırılır, müqayisəli türkoloji dilçilik məsələləri təhlil olunur. Qurultayın məqsədləri və bu məsələdə Sovet İttifaqının əsl niyyəti geniş şərh olunur. SSRİ-nin türk respublikalarından və SSRİ-nin digər vilayətlərindən, elmi və ictimai təşkilatlarından qurultaya dəvət alanlar haqqında məlumat verirlir. Birinci Türkoloji Qurultayda qəbul edilən qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlərin olması qeyd olunur. Qurultayın gündəliyində müzakirə olunan mühüm məsələlər və elmi məruzələrin nəticələri ümumiləşdirilir. Daha sonra I Türkoloji Qurultayın üzvlərininin repressiyaya məruz qalması - güllələnməsi və ya sürgün olunmması haqqında məlumat verilir. 1991-ci ildə SSRİ- nin dağılmasından sonra Sovet İttifaqının bütün keçmiş türk respublikalarında latın əlifbasının bərpası hərəkatının başlanması qeyd olunur. Məqalədə I Türkoloji Qurultayın müstəqil Azərbaycanda 80 və 90 illik yubileylərinin keçirilməsi, vahid türk əlifbasının qəbulu, türk dövlətlərinin yaxınlaşması və qarşılıqlı anlaşma və əməkdaşlığı məsələlərinə də baxılmışdır. Məqalənin sonunda I Türkoloji Qurultayın tarixi əhəmiyyəti ümumiləşdirilir.