Nəşrə dair tələblər
“Mahmud Kaşğarlı” jurnalı türk xalqlarının dilçilik, ədəbiyyatşünaslıq, tarix, arxeologiya, etnoqrafiya, etimologiya, mədəniyyət və memarlıq sahələri üzrə məqalələr dərc edir.
Format
Məqalələr Microsoft Word proqramında, Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 intervalla yazılmalıdır. Səhifə kənarları: sağdan və soldan 2,0 sm, yuxarıdan 2,5 sm, aşağıdan 2,2 sm.
Başlıq
Başlıq ortada, tünd və böyük hərflərlə yazılmalıdır.
Məqalənin quruluşu
Ardıcıllıq gözlənilməklə: məqalənin adı, müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi adı, ORCID kodu, e-poçt ünvanı, əlaqə nömrəsi, açar sözlər (4–5 söz), xülasə (150–200 söz, 12 pt), annotasiya, aktuallıq, metod, giriş, nəticə, ədəbiyyat siyahısı.
Şəkil, qrafik və cədvəllər
Düzgün, aydın və mətn içərisində yerləşdirilməli, onlara aid yazılar altdan verilməlidir.
Xülasələr
Müxtəlif dillərdə yazılan xülasələrin məzmunu eyni olmalıdır. Xarici müəlliflər üçün xülasə türk, ingilis və rus dillərində; yerli müəlliflər üçün Azərbaycan, rus və ingilis dillərində yazılır.
Xülasənin məzmunu
Hər xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməli; elmi nəticə, işin yeniliyi, tətbiqi və əhəmiyyəti yığcam şəkildə əks olunmalıdır.
İstinadlar
Mətn içərisində dairəvi mötərizədə göstərilir və məqalənin sonunda verilmə ardıcıllığı ilə nömrələnir. Məsələn: (1, 8).
Biblioqrafik təsvir
Hər istinad haqqında məlumat tam və dəqiq olmalı, mənbənin növünə (monoqrafiya, dərslik, elmi məqalə və s.) uyğun verilməlidir.
Həcm
Məqalənin həcmi ən azı 7–8 səhifə olmalı, 12 səhifəni keçməməlidir.
Rəy prosesi
Məqalələr mütəxəssis rəyi (məxfi olaraq) əsasında jurnalın redaksiya heyətinin qərarı ilə çap olunur. Redaksiya düzəlişlər etmək üçün məqaləni müəllifə qaytara bilər.
Məsuliyyət
Məqalədə irəli sürülən hər hansı elmi yenilik, tezis və s. üçün müəllif şəxsən məsuliyyət daşıyır.
Qaytarılma
Jurnalda dərc olunmayan məqalələr geri qaytarılmır.
Xarici müəlliflər
Xaricdən göndərilən məqalələr pulsuz dərc olunur.