Əsas səhifə
/ Jurnal haqqında
Jurnal haqqında
Jurnal adını XI əsrin böyük türk alimi, “Divanü lüğat-it-türk” əsərinin müəllifi Mahmud Kaşğarlıdan alır.
“Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalı türk xalqlarının dilçilik, ədəbiyyatşünaslıq, tarix, arxeologiya, etnoqrafiya, etimologiya, mədəniyyət və memarlıq sahələri üzrə elmi məqalələr dərc edir.
Toplu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır. Jurnalın səhifələrində Azərbaycan, Türkiyə, Koreya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Ukrayna və Rusiya alimlərinin türkoloji aspektdə apardıqları tədqiqatlar yer alır.
Jurnal ildə 3 dəfə nəşr olunur. Məqalələr mütəxəssis rəyi (məxfi olaraq) əsasında redaksiya heyətinin qərarı ilə çap olunur.