ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 2, № 1 / Ədəbiyyatşünaslıq

“Kitabi-Dədə Qorqud”: müqəddimə ritual-funksional janr kimi

Say: Cild 2, № 1 (3), 2024 Səhifələr: 58–63 Dil: Azərbaycan UOT: 82-09

Xülasə

Janr etnosun bədii təfəkkürünün və bədii təcrübəsinin təməl strukturlarından biridir. Hər bir janr özündə ənənənin obrazını yaşadır. Eposun “Müqəddimə”sində adresatın və müvafiq nitq janrlarının mövcudluğu onun janr funksiyasını müəyyənləşdirməyə imkan verir. “Kitabi-Dədə Qorqud” “müqəddimə” – fraqmentdən və 12 əfsanədən ibarətdir. Tədqiqatçılar bu fraqmenti eposun girişi və ya paremioloji ifadələrin, performativ nitq janrlarının toplusu kimi nəzərdən keçirməyi təklif edirlər. Bu məqalədə həmin fraqment nitq janrları nəzəriyyəsi mövqeyindən nəzərdən keçirilir. “Kitabi-Dədə Qorqud”un müstəqil struktur vahidi kimi, “mətn içində mətn” kimi fərqləndirir və göstəririk ki, bu fraqment “İncil nitqi” kimi, “müjdə xəbər”, “xeyir xəbər” kimi müəyyənləşdirmək olar. Bu fraqmentdə eləcə də bütün eposda müqəddəs personaj, Oğuz tayfasının ağsaqqalı Dədə Qorqud “müjdəçi” rolunu yerinə yetirir. “Kitabi-Dədə Qorqud” özündə müxtəlif nitq janrlarını (fatik, imperativ, ekspressiv) birləşdirən mürəkkəb nitq janrıdır. Azərbaycan qorqudşünaslığında “Kitabi-Dədə Qorqud”un Drezden nesxəsində “müqəddimə” kimi təqdim olunan fraqment əslində mətniçində mətndir, “Kitabi-Dədə Qorqud”un ayrılmaz struktur vahididir. Dərin aforistik -didaktik mahiyyətinə, sakral mənalarına və söyləmə bütövlüyünə görə onu ayrıca semantik vahid kimi də səciyyələndirmək olar.Məqalədə belə qənaətə gəlinir ki, “Müqəddimə” müstəqil ritual-funksional janr formalarından biridir. Performativ nitq janrları dua və öymə mətnlərini xalqın ənənəvi mənəvi mədəniyyətinin komponenti və etnomədəni informasiya mənbəyi kimi nəzərdən keçirməyə imkan verir.