Naxçıvan qonaqpərvərliyinin öyrənilməsində maddi mədəniyyət nümunələri mənbə kimi (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)
Xülasə
Qonaqpərvərlik institutunu təşkil edən münasibətlər həm ictimai, həm sosial- iqtisadi xarakter daşıyır. Cəmiyyətin müasir inkişaf mərhələsində, ictimai proseslərin qloballaşması ilə yanaşı qonaqpərvərliyin icrasında da dəyişiklik baş verir. İnsan həyatının bütün sahələrinə kütləvi informasiya vasitələri, xüsusilə internet daxil olduqda, qonaqpərvərliyin ənənəvi normaları, dəyərləri transformasiyaya məruz qalır. Qonaqpərvərlik dövr etibarilə eyniliyə malikdir, lakin zaman məfhumu dəyərlərin itkisi kimi məsələlərin ortaya çıxmasını özündə ehtiva edən faktorların mövcudluğunu daha qabarıq şəkildə üzə çıxarır. Qonaqpərvərliyin icrası zamanı istifadə edilən maddi nümunələr xalqın əmək fəaliyyətinin, onun təsərrüfat məşğuliyyətinin xarakterini, bədii-estetik zövqünü, cəmiyyətin ictimai qrupları arasındakı fərqləri aydın şəkildə özündə əks etdirir. Bu səbəbdən Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunda mühafizə olunan maddi nümunələr araşdırmanın predmetinin öyrənilməsində maddi baza kimi istifadə edilmişdir. Əsrlər boyu xalqın məişətində mühüm rol oynayan, tarixi kimliyin komponentləri olan maddi mədəniyyət nümunələri müxtəlif sənət nümayəndələrinin topladıqları təcrübə nəticəsində yeni-yeni xalq yaradıcılığı növlərinin yaranması və formalaşmasına təsir göstərmişdir. Xalqın, adət-ənənəsi, inam və etiqadları əsasında yaranan, insan ömrünün hər bir mərhələsini özünəməxsus tərzdə əks etdirən maddi mədəniyyət nümunələri, hər şeydən əvvəl, əcdadların həyatı ilə bağlı tarixi, mədəni informasiya ilə zəngindir. Məqalədə qonaqpərvərliyin sosial institut olaraq etnosun məişəti ilə sıx qarşılıqlı əlaqəsindən bəhs olunur. Bu mövqeyə əsaslanaraq qeyd etmək olar ki, hər bir etnosun qonaqpərvərlik dəyərləri onun məişəti ilə mütləq şəkildə bağlılıq təşkil edir. Təkcə insan zəhmətinin göstəricisi kimi deyil, həm də onun zəkasının məhsulu kimi formalaşan maddi mədəniyyət ona olan tələbatdan asılı olaraq insan həyatının təminatı üçün istehsаlı zəruriləşdirir. Maddi istehsal ilə sıx bağlı olan mədəniyyət sahələrinin öyrənilməsi də bu mənada hər zaman aktuallıq kəsb etmişdir. Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 247-256 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 247-256 e-ISSN: 3005-4982 248 Açar sözlər: qonaqpərvərlik, maddi-mədəniyyət, adət-ənənə, sosial münasibətlər, cəmiyyət, muzey Fatma Ganieva Scientific worker of the National Museum of History of Azerbaijan https://orcid.org/ 0000-0003-0914-189X fatime.qeniyeva@gmail.com Material and cultural samples as a source in the study of Nakhchivan Hospitality (based on the collection of the National Museum of History of Azerbaijan) Abstract The relations that make up the institution of hospitality are both social and socio-economic in nature. At the present stage of society development, along with the globalisation of social processes, there is a process of transformation of the hospitality sphere. When the media and especially the Internet enter all spheres of human life, traditional norms, traditions, values of popular hospitality undergo a transformation. Hospitality has the same in terms of period, but the concept of time further accelerates the existence of factors that include the emergence of problems such as loss of values. Material samples used in the implementation of hospitality visually reflect the nature of people's labour activity, their economic activity, artistic and aesthetic taste, differences between social groups of society. For this reason, material samples from the Ethnographic Fund of the National Museum of History of Azerbaijan were used as a material base in the study of the subject of the research. Samples of material culture, which for centuries played an important role in the life of the people, are an integral part of historical identity, influenced the emergence and formation of new and new types of folk art as a result of the accumulated experience