ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Coğrafi relyef bildirən şivə elementlərinin Qərbi Azərbaycan toponimik sistemində mühafizəsi və Mahmud Kaşğari “Divan”ındakı izləri

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 124–129 Dil: Azərbaycan UOT: -811.512.162

Xülasə

Qərbi Azərbaycanın makro və mikrotoponimik sistemində xeyli sayda coğrafi relyef adları bildirən şivə leksik elementləri mövcuddur. Qərbi Azərbaycan toponimlərinin tarixən formalaşmasında iştirak etmiş leksik elementlərin əksəriyyəti türkcələrin ədəbi dillərinin sözləri olmuş, tarixin müəyyən dönəmlərində müxtəlif türkcələrdə həm ədəbi dil səviyyəsində, həm də dialektal fondda mühafizə edilib saxlanılmışdır. İndiki Ermənistanda, yəni Qərbi Azərbaycanda erməni millətçilərinin türk-Azərbaycan mənşəli coğrafi adlarının xaincəsinə xəritədən silməsi ən böyük və analoqu olmayan böyük cinayətlərdən biridir. Qərbi Azərbaycanda mövcud olmuş xalqımıza məxsus toponimlərin mənşəyini, etimologiyasını, fonetik, morfoloji, leksik-semantik ehtiyatlarını araşdırarkən köməkçi mənbə kimi Azərbaycan dilinin dialekt və şivələrinə də, o sıradan qədim abidələrə də üz tutulur ki, məqalədə bu məsələlər izah edilir.