Mahmud Kaşğarinin “Divan”ında qeydə alınmış bəzi türk leksik vahidlərin professor İbrahim Bayramovun “Qərbi Azərbaycan sözlərinin leksikası” əsərində əksi
Xülasə
Klassik türkologiya elminin korifeyi Mahmud Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqayisəli metodun, türk dilçiliyinin banisidir. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri XI əsrdən çağdaş dövrümüzə qədərki türkcələrə, o sıradan Azərbaycan türkcəsinə və onların dialekt və şivələrinə körpü salan möhtəşəm bir mənbədir. Bugünkü müxtəlif tipli lüğətlər Mahmud Kaşğari ənənəsinin bir növ davamıdır və həmin təməlin üzərində qurulmuşdur. Belə lüğətlərdən biri də filologiya elmləri doktoru, professor İbrahim Bayramovun 2011-ci ildə çap etdirdiyi “Qərbi Azərbaycan şivələrinin leksikası” adlı əsəridir ki, məqalədə istər klassik lüğətdə, yəni Kaşğarinin “Divan”ında, istərsə də İ.Bayramovun lüğətində əksini tapmış bəzi türk leksik vahidləri tarixi-müqayisəli təhlilə cəlb edilmişdir.