Heydər Əliyev irsində Azərbaycan -Türkiyə münasibətləri: tarix və söykökə bağlılıq
Xülasə
Tarixi proseslərin müxtəlif dönəmlərində Azərbaycan-Türkiyə münasibətləri və bu münasibətlərin tarixi kökləri, soykökə bağlılıq, eyni milli - mənəvi dəyərlərə malik olmaq kimi mühüm məsələlər mövcud olmuşdur. Məqalədə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illərdə “Müstəqilliyimiz əbədidir” 46 cilddən ibarət kitabındakı çıxışlar, nitqlər, bəyanatlar və müraciətləri əsasında Türkiyə Cümhuriyyətinə səfərləri zamanı müxtəlif elmi-praktik konfranslarda söylədiyi fikirlər yer almışdır.Ulu öndər öz çıxışlarında və müraciətlərində hələ XX əsrin əvvəllərində Azərbaycan Cümhuriyyəti dönəmlərindən başlayaraq Türkiyənin daim Azərbaycan xalqının yanında olmasını, istər sovet dönəmində, istərsə də müstəqiıllik illərində bu münasibətlərin əhəmiyyətli dərəcədə rol oynadığından bəhs etmişdir. Beləliklə,Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr yaranmış tarixi əlaqələrin davamı kimi bu gün özünün ən yüksək zirvəsinə çatmışdır. Bunun nəticəsidir ki, tarixi Qars müqaviləsinin 100-cü ildönümündə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı.