Ulu öndər Heydər Əliyevin siyasi xəttində milli strategiya məsələləri
Xülasə
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz xidmətləri haqqında danışılır və yüz illər boyunca da danışılacaqdır. Çünki dövlətimiz yeni-yeni uğurlar, nailiyyətlər qazandıqca onun təməlində ulu öndərin ağıllı zəkasının, uzaqgörən siyasətinin, mahir strateqliyinin şahidi oluruq. XXI yüzildə dünya hərb tarixinin möcüzəsi hesab edilən 44 günlük Vətən müharibəsinin qalibiyyət təməlləri də məhz ulu öndər Heydər Əliyev tərəfindən 50 il öncə atılmışdır. Təqdim edilən məqalədə Heydər Əliyev tərəfindən yaradılmış Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının önəmindən bəhs edilir. Qeyd edilir ki, bu ali hərbi məktəbin yaradılması ilə Azərbaycan cəmiyyətində milli və dissident fikir hərakatına yeni nəfəs gətirildi.