Heydər Əliyev və Borçalı türkləri
Xülasə
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan dövlətinin ən çətin sınaqlardan çıxmasında əvəzsiz xidmətləri danılmazdır. Bu mənada ölkənin ictimai- siyasi, iqtisadi və mədəni- mənəvi tərəqqisi Ulu Öndərin adı ilə bağlıdır. Ensiklopedik biliyə malik olan bu dahi şəxsiyyət tərəfindən formalaşdırılan müstəqil dövlətimizin milli- mənəvi və ideoloji baxışları dünya azərbaycanlıların həmrəyliyinin möhkəmləndirilməsində də mühüm əhəmiyyət kəsb etmişdir. Fenomen şəxsiyyət olan Heydər Əliyev Borçalı türklərinin, eləcə də Gürcüstanın müxtəlif bölgələrində yaşayan həmvətənlərimizin qayğıları ilə maraqlanmış, onların milli-mədəni və sosial həyatlarının yaxşılaşdırılması üçün faydalı məsləhətlərini əsirgəməmişdir. Heydər Əliyev Gürcüstan Respublikasına getdiyi bütün səfərlərində iştirak etdiyi görüş və tədbirlərdə Borçalı mahalının Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olduğunu söyləmişdir. Çünki azərbaycanlılar bura kənardan gəlməmişlər. Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır.