Köməkçi nitq hissələrinin dialekt variantı
Xülasə
Məqalədə folklor örnəklərinin dilində əks olunmuş köməkçi nitq hissələrinin səciyyəvi cəhətlərinin açılmasında şivə transkripsiyasının xüsusi rol oynaması araşdırılır. Şiva transkripsiyası ilə köməkçi nitq hissələrini elmi-tədqiqata cəlb etdikdə aparılmış tədqiqatın keyfiyyətinin səmərəli olunması və folklor mətnlərində bədiilik tələblərindən irəli gələn, ifadə tələbkarlığından doğan spesifik cəhətlərin aşkar edilməsindən danışılır. Folklor örnəklərinin spesifik dil xüsusiyyətlərinin öyrənilməsində adi yazı sistemlərindən əlavə şivə transkripsiyasının da araşdırılması işi aktuallaşdırılır. Folklor mətnlərində məqsəd və vəzifədən asılı olaraq transkripsiyasının fonetik transkripsiya növünə daha çox üstünlük verilmişdir ki, bu da təhlilə cəlb edilən materiallarda müəyyən köməkçi nitq hissələrinin tələffüzünün inandırıcı elmi- linqvistik təhlilini verməyə imkan yaradır.