ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

M.Kaşğarinin “Divanü lügət-it- türk” əsəri və Azərbaycan dili şivələrinin leksikası

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 75–81 Dil: Azərbaycan UOT: 811.512.161

Xülasə

Məqalədə M.Kaşğarinin “Divanü lüğat-it türk” abidəsində işlənən sözlərin Azərbaycan dili şivələrində mühafizə olunması araşdırılır. “Divan”dakı sözlər Azərbaycan dili şivələrində müxtəlif forma, məna və kəmiyyətdə qorunub saxlanmışdır. Belə sözlərin bir qismi həm ədəbi dil və dialektlərdə, digər qismi isə ədəbi dildə arxaikləşmiş, dialektlərdə isə işəkliyini itirməmişdir. Məqalədə yalnız dialektlərdə işlənən sözlərdən bəhs olunur və onlar ilkin mənasını və fonetik tərkibini saxlayan sözlər, ilkin mənasını saxlamaqla, fonetik dəyişikliyə uğrayan sözlər və semantik dəyişikliyə uğrayan sözlər şəklində qruplaşdırılmışdır. Həmçinin sözlərin tarixi inkişafı izlənilmiş; qədim türk yazılı abidələrindəki forma və mənası orta yüzilliklər yazılı abidələrlə, müasir türk dilləri və dialektləri ilə müqayisə olunmuş, baş verən dəyişikliklər, fərqlənmələr izah edilmiş, tarixi və müasir arealı müqayisə olunmuşdur.