ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 2, № 2 / İncəsənət və mədəniyyət

Mahmud Kaşğarinin “Divani lügət-it- türk” əsərində əxlaq və tərbiyə məsələləri

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 265–270 Dil: Azərbaycan UOT: 811.12

Xülasə

Türk xalqları ədəbiyyatının, mədəniyyətinin, bütövlükdə ədəbi-mədəni düşüncəsinin tarixində əvəzsiz rol oynayan, özünəqədərki və özündən sonrakı dönəmlər üçün əvəzsiz təsəvvür formalaşdıran Mahmud Kaşğari müxtəlif istiqamətlərdə təhlillərin obyektinə çevrilmişdir. Dilçilər, etnoqraflar, tarixçilər, ədəbiyyatşünaslar, folklorşünaslar və b. apardığı araşdırmaları ilə böyük türkoloqun yaratdığı mədəniyyət abidəsindən bir qaynaq olaraq geniş şəkildə bəhrələnmişlər. Müxtəlif elm sahələri üzrə təhlillər aparan elmi- nəzəri fikir nümayəndələri bu qaynaqdan imkanları daxilində bəhrələnməyə çalışmışlar. Folklorşünaslar “Divanü lüğət-it türk”ü folklor abidəsi, dilçilər dil tarixi üçün ən mükəmməl qaynaq, etnoqraflar mənəvi zənginlik örnəyi, tarixçilər türk xalqının canlı tarix əsəri olaraq qiymətləndirmişlər. Bütün bunlar M.Kaşğarinin gördüyü böyük işlərin məzmun və mahiyyətinə, başladığı işin ensiklopedik təsəvvürdə sərgilədiyi unikallığa və açdığı yolun polifoniyasına bağlanır. Təsadüfi deyil ki, böyük türkoloq B.Çobanzadə bir istiqamətdə onu folklorçu, etnoqraf kimi təhlilə cəlb edir və “Divanü lüğət-it türk”ü ilk folklor toplusu olaraq səciyyələndirir.