ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 2, № 2 / İncəsənət və mədəniyyət

Mahmud Kaşğarlının “Divani-luğat-it türk” əsərində işlənən bəzi geyim adlarının izahı

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 258–264 Dil: Azərbaycan UOT: -811.512.162

Xülasə

Məqalədə M.Kaşğarlının “Divanü-lüğat-it türk” əsərində işlənən geyim adlarından bəhs edilmişdir. Burada göstərilir ki, Mahmud Kaşğarlı “Divan”ındakı etnoqrafik leksikanın tədqiqi baxımından topladığı folklor materialları, eləcə də bədii nümunələrin hər birinin əhəmiyyəti çox böyükdür. Əgər M.Kaşğarlının “Divanü-lüğat-it türk” əsərindəki etnoqrafik sözləri sahələr üzrə seçib qruplaşdırsaq, yemək adları, meyvə-tərəvəzlə bağlı sözlər, hərb və idman sözləri, titul bildirən sözlər, təsərrüfat leksikası, peşə-sənət sözləri, məişətlə leksikası, geyim adları, bəzək əşyalarının adları və s. növlərə bölə bilərik. Əsərdə çörəkçilik, meyvəçilik, üzümçülük, tərəvəzçilik, balıqçılıq, dərzilik, baramaçılıq, atçılıq, musiqi, əkinçilik, toxuculuq, maldarlıq və digər peşə sözləri türk dillərinin həmin dövrdə lüğət tərkibinin nə qədər zəngin olduğunu təsdiq edir. Tədqiqatçılar düzgün qənaətə gəlmişlər ki. Geyim mədəniyyətinin formalaşması bir yandan təbii-coğrafi şəraitlə, digər tərəfdən xalqın psixoloji-ideoloji baxışları, mənəvi-əxlaqi, dünyagörüşü, sosial-iqtisadi və mənəvi həyatı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur. “Divan”da əksini tapan etnoqrafik leksikaya aid söz qruplarından biri də geyim adlarıdır. Burada xeyli geyim adı haqqında məlumata rast gəlirik ki, məqalədə yığığ, yaku, yalma, yarağlığ, yığığlığ, taş ton və digər sözlərin etimoloji izahı verilmişdir.