ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Mahmud Kaşğarinin “Divanü lüğət-it türk” əsərində işlənən atalar sözləri və məsəllərdə sintaktik əlamətlər

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 105–110 Dil: Azərbaycan UOT: 81.038.39

Xülasə

Məqalədə Azərbaycan dilçiliyində Mahmud Kaşğarinin “Divanü lüğət-it türk” əsərində işlənən atalar sözləri və məsəllər müəyyənləşdirilmiş və onların sintaktik xüsusiyyətləri araşdırılmışdır. Mahmud Kaşğarinin əsərində işlənən nümunələrin sintaktik əlamətlərinin araşdırılması Azərbaycan dilçiliyi ilə yanaşı, həmçinin türkoloji dilçilik üçün də mühüm nəticələrin əldə edilməsinə səbəb ola bilər. Türk dünyası haqqında ən möhtəşəm mənbələrdən biri olan “Divanü lüğət-it türk” əsərindəki atalar sözü və məsəllərdə işlədilən söz birləşmələrinin növlərini və bu birləşmələrə aid olan sözlər arasındakı sintaktik əlaqələrini (yanaşma, idarə, uzlaşma) araşdırmaq, müasir Azərbaycan dili ilə müqayisəsini qeyd etmək, türk dillərində, o cümlədən Azərbaycan dilində bu tip birləşmələrin tarixi inkişafını öyrənmək baxımından olduqca mühüm materiallar verir. “Divanü lüğət-it türk” əsərindəki atalar sözü və məsəllərdə işlədilən sadə cümlənin növləri, cümlə üzvləri və onların ifadə vasitələri, tabesiz və tabeli mürəkkəb cümlənin quruluşu, məna əlaqələrinə aid nümunələr təqdim edərək müasir Azərbaycan dilində sadə və mürəkkəb cümlə modelləri ilə müqayisəsi dilimizdə cümlənin tarixi inkişafını izləmək baxımından geniş material verir.