ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Mahmud Kaşğarinin tədqiqat metodu

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 32–34 Dil: Azərbaycan UOT: 81. 374

Xülasə

Azərbaycan, ümumən türk dilçiliyində professor, Azərbaycan EA-nın müxbir üzvü Ə.M.Dəmirçizadənin APİ- nin «Elmi əsərləri”ndə (1966, № 1) çap olunmuş məşhur məqaləsindən sonra belə bir yanlış fikir meydana çıxmışdır ki, guya Mahmud Kaşğari müqayisəli-tarixi metodun banisidir. Məqalə müəllifi hətta ümumi dilçilik dərsliklərinə düşmüş bu fikri təkzib edərək göstərir ki, “Divani- lüğat it- türk” orta əsrlər ərəb-müsəlman dilçiliyi üçün səciyyəvi olan ənənəvi təsviri metodla qələmə alınmış, həmin metodun hüdudundan kənara çıxmayan geniş müqayisələr aparılmışdır.