ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Şumer-türk açar sözlərinin Mahmud Kaşğarinin “Divanı”ındakı leksik vahidlərlə tarixi-müqayisəli linqvistik təhlili

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 34–39 Dil: Azərbaycan UOT: -811.512.162

Xülasə

Şumer və türk sözlərinin genetik əlaqələrinin aşkar olunmasında yaxın və uzaq keçmişin yazılı abidələri mühüm rola malikdir və şumer dili ilə Mahmud Kaşğarinin “Divani lüğət-it türk” əsərinin yaranmasını 5-6 min illik böyük bir zaman məsafəsi bir-birindən ayırır. Şumer və türk dillərinin genetik bağlılığını onların leksikonuna daxil olmuş sözlərin forma oxşarlığı və semantik yaxınlığı fonunda da görmək olar. 5-6 min il əvvəl Mahmud Kaşğari dönəminə qədərki şumer-türk leksik paralellərinin keçib gəldiyi inkişaf yollarını izləmək olduqca maraqlı göründüyü kimi, dillərin genetik kökünü müəyyənləşdirmək işində də olduqca aktuallıq kəsb edən məsələ kimi dəyərləndirilməlidir. Şumer-türk leksik paralellərinə Mahmud Kaşğarinin “Divan”ında olduğu kimi, ya da cüzi fonetik dəyişiklərlə işlənməsi hallarına daha çox rast gəlirik. Şumer dilini dünyanın bir çox tədqiqatçıları Altay dili ilə tarixi-müqayisəli müstəvidə araşdırmış onu “protürk” kimi qiymətləndirmişlər. Ensiklopedik xarakterə malik olan Mahmud Kaşğarinin “Divani lüğət-it türk” əsəri XI əsrlə özündən əvvəlki “Orxon – Yenisey”, “Kitabi-Dədə Qorqud” abidələri arasında körpü funksiyasını uğurla yerinə yetirməklə bərabər, şumerlərlə də irs-varis əlaqələri haqda zəngin bilgilər verir ki, məqalədə bu əlaqələr söz layları əsasında baş vermişdir.