Qarabağ sakinlərinin süjetli divar xalçaları (Bu günə qədər sirri açılmayan XIX əsrə aid Qarabağın süjetli xalçasının tarixi araşdırılması)
Xülasə
Azərbaycanın Qarabağ bölgəsində XIX əsrdə xalq ustaları tərəfindən xüsusi olaraq pano xarakteri daşıyıb və divardan asılmaq üçün saysız-hesabsız süjetli xalçalar toxunmuşdur. Onların üzərində müxtəlif təsvirlər: heyvan, quş, meyvəli ağac, insan rəsmlərini özündə əks etdirən süjetlər əks olunmuşdur. Xalq ustaları həmin bu rəsmləri jurnal, qəzet, kitab və yaxud parça və s. olan təsvirləri xalçalar üzərinə köçürürdülər. Qızılgüllü xalçalar; heyvan təsvirli xalçalar (əjdahalı, atlı-itli, marallı, ayı təsvirli, ceyran təsvirli, şir təsvirli, bəbir təsvirli, pişikli); süjetli xalçalar (insan təsvirli, konkret ədəbi əsərlərdən götürülmüş süjetlər, məişət səhnələrini özündə əks etdirən süjetlər, tarixi şəxsiyyətlərin təsvirlərini özündə əks etdirən süjetlər). Məsələn, “Rüstəm və Söhrab”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Flaminqo”, “Karmen”, “Molla Nəsrəddin”, “Rəqs edən qaraçılar” və s. Onların içərisində klassiklərin əsərlərindən götürülən obrazlarla yanaşı, xalq qəhrəmanları və siyasi dövlət xadimlərinin də rəsmləri vardı. Həmin süjetli xalçalardan biri də xalq arasında “Əyan məclisi” adlanır və Qarabağda toxunan həmin xalçalardan 6 ədədi hal-hazırda Azərbaycan Milli Xalça Muzeyinin, bir ədədi Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında, üç ədədi – şəxsi kolleksiyalarda saxlanılır. Hazırkı məqalədə hər iki müəllif araşdırmalar apararaq həmin süjetin tarixini öyrənərək, onun tarixi şəxsiyyət olduğunu üzə çıxarmışlar ki, o da XIX əsrin sonunda yaşamış Əli Paşa adlı şəxslə əlaqəsi olduğu araşdırılaraq üzə çıxarılmışdır ki, o da bugünkü Balkan Albaniyası ilə əlaqədardır.