ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Üzeyir Hacıbəylinin felyetonlarının bəzi dil xüsusiyyətləri

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 53–60 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/53-60

Xülasə

Məqalə dahi bəstəkar, böyük komediya ustası, felyetonlar müəllifi Üzeyir Hacıbəylinin felyeton dili və üslubuna həsr edilmişdir. Nəzərdən keçirilən dil faktları Ü.Hacıbəylinin sənətkarlıq qüdrətini, misilsiz satira və yumor ustası olduğunu bir daha təsdiq edir, həm də aydın olur ki, sarsılmaz iradə sahibi məqalə və felyetonlarında köhnəliklə, öz dövrünü başa vurmaqda olan dünya ilə gərgin mübarizə aparmış, yüksək bədii-estetik keyfiyyətə malik olan sənət dili, obrazlı və orijinal ifadə tərzi ilə fanatizmi, bütün arxaik və yaramaq idarəçiliyi nifrətlə ifşa etmişdir. Beləliklə, Ü.Hacıbəylinin felyeton dili ictimai-siyasi, fəlsəfi terminoloji vahidlərlə, həmçinin də obrazlı, ekspressiv dil vasitələri ilə xeyli zənginləşmişdir. Yuxarıda ədibin felyetonlarından seçilmiş terminoloji vahidlər əksərən öz həqiqi mənasında işləndiyi kimi, satirik, yumoristik planda da əlavə mənalar vermişdir.