ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Üzeyir Hacıbəylinin pedaqoji baxışlarının nəzəri cəhətləri

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 42–52 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/42-52

Xülasə

XX əsrin əvvəllərində Azərbaycan mütərəqqi hərəkatın ümumi axınında iştirak edir və buna görə də, təbii ki, cəmiyyətin daha irimiqyaslı, demokratik incəsənətə ehtiyacı var idi. XIX əsrin 90-cı illərinin ortalarınadək musiqi təhsili ocaqları ümumtəhsil orta məktəbləri idi. Həmin vaxtda yaxşı musiqi təhsili olan müəllimlərin sayı artmışdı, lakin şəxsi dərslər kimi “qeyri-məcburi” məktəb dərsləri də artıq artmaqda olan mədəni ehtiyacı, xüsusən də Bakı əhalisinin ehtiyacını ödəyə bilmirdi. O dövrün görkəmli maarif nümayəndələri Azərbaycan xalqının estetik tərbiyəsi, o cümlədən də musiqi tərbiyəsi məsələləri üzrə elmi və bədii faktiki material şəklində tarixi əhəmiyyətini itirməyən çox böyük irs qoyublar. Üzeyir Hacıbəylinin musiqi tərbiyəsinə, xüsusən də Azərbaycan məktəbinin musiqi tədrisinə cəlb edilməsində və Azərbaycanın professional musiqi təhsilinin təşəkkülündə və inkişafında rolunu qiymətləndirməmək mümkünsüzdür. Böyük bəstəkar, Azərbaycanın görkəmli maarifçi-pedaqoqu nəinki nəzəri mülahizələri, həm də bədii-praktik və ictimai fəaliyyəti ilə öz böyük töhfəsini vermişdir. Ü.Hacıbəyli Azərbaycan incəsənətinin inkişafına, həm də bütövlükdə bir çox musiqi tərbiyəsi, xüsusən də musiqi tədrisi və təhsili məsələlərinin həllinə yeniliklər gətirmişdir. Onun konsepsiyasına əsasən, musiqi uşaqlarda mərhəmət, hünər, mərdlik kimi yüksək mənəvi-əxlaqi keyfiyyətləri tərbiyə etmək imkanlarına malikdir, onlarda təhsil və biliyə meyl yaradır. Oxşar pedaqoji mülahizələr H.Zərdabi və A.Səhhətin ideya-estetik baxışlar sistemində də mövcud idi. Bu cür islahatlar, təbii ki, Azərbaycanda musiqi tərbiyəsinin inkişafına yardım edirdi. Bir daha qeyd edək ki, Ü.Hacıbəyli özünün bədii-estetik konsepsiyasında musiqi tərbiyəsi problemlərini məktəb təhsilinin hüdudlarından kənara çıxarırdı. Beləliklə, yuxarıda deyilənlər bir daha təsdiq edir ki, Ü.Hacıbəyli milli musiqinin inkişafı məsələlərini millətlərarası musiqi əlaqələri və təsirləri məsələlərindən ayırmır, sonuncu isə Azərbaycan musiqi pedaqogikası üçün həlledici əhəmiyyət kəsb edirdi. Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 8 / 42-52 ISSN : 3005-3137 Mahmud Kashgarli International Scientific Journal. 2025 / Volume: 3 Issue: 8 / 42-52 e-ISSN: 3005-4982 43