ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

XX əsrdə Ermənistan SSR-də azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin səbəbləri və buna təkan verən hadisələr

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 223–229 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/223-229

Xülasə

Məqalədə Ermənistan SSR-də yerli azərbaycanlı əhaliyə qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin əsasında duran bəzi siyasi nüanslar və həmin dövrdə rəhbərliyin imzaladığı qərarlarının mahiyyəti araşdırılır. Aparılan siyasətin, qəbul olunmuş qeyri-adekvat qərarların azərbaycanlıların hüquqlarının necə əllərindən alınmasına xidmət etdiyi faktlarla göstərilir. Regionda etnik cəhətdən homogen dövlət yaratmaq üçün silsilə şəklində həyata keçirilən etnik təmizləmə siyasətinin bəzi hissələri qeyd olunub. Türksüz Ermənistan şüarı ilə mitinqlər keçirən ermənilərin güclü təşkilatçılar tərəfindən istiqamətləndirilmələrini, qarşılaşdığı çətinlikləri öncədən anlamayan, bunun olacağını düşünməyən çarəsiz azərbaycanlıların sıxışdırılmalarını və əfsuslar olsun ki, baş verənlərin işıqlandırılmasına mane olan rəhbərliyin planlarının əslində nə olduğunu anlamamaq mümkün deyil. Bütün tarixi faktlar, şahid xatirələri qatı millətçi ermənilərin aborogen əhalinin tarixi sərvətinə sahib olaraq özlərinə saxta tarix qurmalarını və bunu havadarlarının köməyi ilə dünyaya tanıtdırmaq istədiklərini açıq aşkar göstərir. Baş verənlərə etinasız yanaşan rəhbərlik yurd-yuvasından didərgin salınan günahsız millətə yardım etməyə belə çalışmırdı. Görülən bütün işlər sadəcə öz mənafelərinin qorunmasına xidmət edir, hər hansı bir etiraz olsa özlərini müdafiə edə biləcək qərarlarla kifayətlənirdilər. Hər vəchlə Türkiyə sərhəddinə sığınan, Azərbaycana üz tutan əhaliyə çətinliklər yaradılır, məhv olmaları üçün qışın soyuğunda ac-susuz yollarda çarəsiz buraxılırdı. Bu məqalədə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yaşadığı faciəvi taleyin səbəbləri araşdırılır, faktlarla işıqlandırılır. İllərlə gizli saxlanılan, “könüllü köçmə” adı ilə araşdırılması istənilməyən məsələnin əsl mahiyyəti aşkarlanır.