Yüz otuz bir nəfərdən biri: Müseyib İlyasov
Xülasə
Birinci Türkoloji Qurultay türk xalqlarının birliyi, bir kökdən olması, dil, ədəbiyyat və mədəniyyət ortaqlığı baxımından bu xalqların tarixində mühüm yer tutur. Həm də eyni kökdən olan, lakin dünyanın müxtəlif yerlərində yaşayan xalqların sankı bir özünəqaydış, həmrəylik və birlik simvolu kimi tarixi əhəmiyyətə malik olmuşdur. Eyni zamanda təkcə dil, əlifba müzakirəsi baxımından deyil, sanki, gələcəyə baxış proqramı kimi də yüksək əhəmiyyətə malik tarixi bir məclis olmuşdur. Elə buna görə də bu qurultayın nümayəndələri, onların təşkilatçıları və rəhbərləri sovet rejiminin qurbanlarına çevrilmişlər. Onların sonrakı taleləri də demək olar ki, hamısında eyni olmuşdur: həbs, represiya, ölüm… Belə qurbanlardan biri də bütün həyatını xalqın maariflənməsinə, təhsilinə həsr etmiş, Azərbaycanda müəllim kadrlarının hazırlanmasında misilsiz xidmətlər göstərmiş, məşhur Zaqafqaziya (Qori) müəllimlər seminariyasının məzunu Müseyib İbrahim oğlu İlyasov olmuşdur. Məqalədə bu fədakar və vətənpərvər Azərbaycan oğlunun həyatı, təhsili və pedaqoji fəaliyyətindən bəhs edilir, onun qurultay nümayəndəsi kimi sonrakı acı taleyi müəyyən mənbələr və arxiv materialları əsasında şərh edilir.