ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycan dili və Türk dili qrammatikalarında feilin bacarıq forması

Say: Cild 4, № 1 (9), 2026 Səhifələr: 17–21 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/9/17-21

Xülasə

Məqalədə XX əsrin birinci rübündən bu günə qədər nəşr olunmuş dərsliklərdə feilin təsriflənən formalarının keçdiyi yola nəzər salınmış, feilin təsriflənən formalarının müxtəlif dövrlərdə neçə növünün göstərildiyi qeyd olunmuş və bu növlər Türkiyə türkcəsində nəşr olunan dərsliklərdə verilən feilin təsriflənən formaları ilə müqayisə edilmişdir. Azərbaycan dilinə aid yazılmış qrammatika kitablarında feilin yeddi, səkkiz şəklinin olduğu göstərildiyi halda, Türk dili dərsliklərində yalnız ayrılıqda dörd formasının olduğu qeyd olunur. Azərbaycan dilinə aid qrammatika kitablarında göstərilən feilin təsriflənən formalarının hamısı Türk dili dərsliklərində göstərilməsə də, adı qeyd edilməyən formaları əmələ gətirən şəkilçilər xüsusi başlıqlar altında izah edilmişdir. Azərbaycan dili qrammatikaları və Türk dili ilə bağlı nəşr olunmuş qrammatika kitablarında feilin təsriflənən formaları ilə bağlı verilən məlumata nəzər saldıqda Azərbaycan dilinin qrammatikası çox zəngin görünür. Azərbaycan dilində feillə bağlı şəkilçilərin elə biri yoxdur ki, həmin şəkilçi xüsusi növ kimi aydınlaşdırılıb izah edilməsin. Məsələn, feilin bacarıq tərzi Azərbaycan dilinə aid qrammatika kitablarında həm feilin təsriflənən forması kimi, həm də ümumi tərz kateqoriyası kimi aydınlaşdırılır. Türk dilinə aid qrammatika kitablarında isə bu anlayış yalnız şəkilçi kimi bir neçə cümlə ilə izah edilir və göstərilir ki, -a, -e şəkilçiləri bilmək feili işin davam etdiyini bildirir. Eyni zamanda, Azərbaycan dili qrammatikasında “Feilin davam şəkli” adı altında izah edilən feil forması Türk dili qrammatikasında yalnız -maqda, -mekde şəkilçisi kimi aydınlaşdırılır. Azərbaycan dilinin qrammatikası ilə Türk dilinin qrammatikasında eyni anlayışa göstərilən diqqəti müqayisə etdikdə Azərbaycan dilinin qrammatikası daha zəngin görünür.