Yaradıcılığı yarımçıq qalan yaradıcı dilçi
Xülasə
Məqalədə Ələkbər Babazadənin həyat və yaradıcılığından, eyni zamanda onun yazdığı “Türk dili” (qramer və yazı qaydaları) haqqında danışılır. Dilçilik elminin inkişafında kifayət qədər xidmətləri olan bu insanın kimliyi və yaradıcılığı haqqında kifayət qədər məlumat verilmir. Buna görə də bu çatışmazlığı nəzərə alıb XX əsrin birinci yarısında yaşayıb yaratmış, özündən sonra dilçiliklə bağlı kifayət qədər əsərlər qoyub getmiş bir dilçini onu tanımayanlara tanıtmağı özü üçün bir vətəndaşlıq borcu hesab etdim. Onun yazdığı bu dərsliklə müasir dövrdə bu sahədə çalışan insanları tanış etmək istədim. Dərslik iki hissədən – qrammatikanın sintaksis və dilçiliyin fonetika bölməsinə aid anlayışları əhatə edir. Dərsliyin iki bölmədən ibarət olmasına baxmayaraq burada hər iki bölməyə aid olan mövzular ayrı-ayrı paraqraflar şəklində verilmiş və izah edilmişdir.