ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Cümlə üzvü olmayan vahid cümlə ola bilərmi ?!

Say: Cild 2, № 1 (3), 2024 Səhifələr: 25–30 Dil: Azərbaycan UOT: – 811.11.-112

Xülasə

Məqalədə XX əsrin 50-ci illərindən başlayaraq qrammatika dərsliklərinə daxil edilən “Söz-cümlə” və “Üzvlənməyən cümlələr” haqqında danışılmış, dildə tədqiqat obyekti olan bu bölmələrin kitablara və dərsliklərə yanlış olaraq salındığı qeyd edilmişdir. Bu cür nitq vahidlərinin əslində üslubiyyat fənninin tədqiqat obyekti olduğu nümunələrlə əsaslandırılmışdır. Cümlədə bitkinlik, modallıq, predikativlik, intonasiya olmalıdır. Bu əlamətlər yoxdursa, deməli cümlə də yoxdur. İnsan təfəkküründə formalaşan fikir dilində və yazıda sözə çevrilməyincə o cümlə ola bilməz. Dilimizdə söz cümlə adlandırılan vahidlər müəyyən üslubi məqamlarla bağlıdır. Bu sahə isə məntiqin, üslubiyyatın tədqiqat obyekti ola bilər və bu haqda dərsliklərdə danışılmalıdır. Leksik mənası olmayan, hər hansı suala cavab verməyən və ayrılıqda cümlə üzvü kimi çıxış etmək iqtidarında olmayan sözlərin cümlə hesab edilməsi məntiqi baxımdan doğru deyildir. Cümlə ancaq və ancaq cümləni təşkil edən üzvlərdən ibarət olmalıdır. Məqalədə belə qərara gəlinir ki, əgər cümlə üzvlərə ayrılmırsa, deməli burada cümlə üzvü yoxdur. Çünki cümlə adlanan nitq vahidində üzv yoxdursa, onda o nitq vahidini cümlə adlandırmaq olmaz.