ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycan kamera-instrumental musiqisinin təşəkkülü və inkişafında Üzeyir Hacıbəylinin “Aşıqsayağı” triosunun rolu

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 31–41 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/31-41

Xülasə

Hazırkı məqalə anadan olmasının 140 illiyini qeyd etdiyimiz milli musiqimizin klassiki, dahi bəstəkar, musiqişünas, publisist, dramaturq və musiqili-ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) 1931-ci ildə violin, violonçel və fortepiano üçün yazdığı “Aşıqsayağı” triosunun Azərbaycan kamera-instrumental musiqisinin təşəkkülü və inkişafında rolunun müəyyənləşdirilməsinə həsr olunub. Təqdim olunmuş məqalədə bəstəkarın kamanlı (arco) musiqi alətləri üçün aşıq musiqisi üslubunda yazdığı əsərinin bədii əhəmiyyəti və təsir gücü üzə çıxarılır. Aydın olur ki, bir çox opera, simfonik və vokal əsərləri ilə bərabər, kamera-instrumental janra aid olan bu əsərində də bəstəkar milli musiqi üslubunun əsasını qoymuşdur. Məqalədə bu üslubun sonrakı nəsil bəstəkarların instrumental musiqi yaradıcılığına təsiri izlənilir, davamı və inkişafı müəyyənləşdirilir. Əsərin musiqi tematizmi, lad- məqam əsası geniş nəzərdən keçirilən məqalədə Ü.Hacıbəylinin “Aşıqsayağı” pyesinin zahirən sadə görünən, lakin daxilən təzadlı və çoxmənalı təzahürləri üzə çıxarılır. Bu əsərdə Ü.Hacıbəylinin sevimli bəstəkarı olan XVIII əsrin Avstriya bəstəkarı, Vyana klassik məktəbinin dahi nümayəndəsi V.A.Motsartın təsiri duyulur. Bu təsiri Motsartsayağı klassik sadəlik və təbiilikdə, musiqi formasının yığcamlığında, ümumiyyətlə əsərin fakturasının zərifliyində görmək mümkündür. Lad modulyasiyaları (“Şur”, “Segah”, “Şüştər”) ilə zəngin olan bu əsərin musiqi quruluşunun çoxcəhətliyinə (sonatalılıq, rondovarilik, variasiyalılıq, üçhissəlilik) diqqət yetirilir. Təhlillər göstərir ki, həcminin kiçikliyinə baxmayaraq bu miniatür pyesin dəyəri həm də ondadır ki, Ü.Hacıbəyli bir tərəfdən muğama, o biri tərəfdən aşıq sənətinin zənginliklərinə əsaslanmışdır. Bununla da milli xalq musiqisinin əsas formalarını ilk dəfə olaraq instrumental janrda əhatə edə bilmişdir. Bəstəkarın instrumental musiqi sahəsindəki ilk yaradıcılıq təcrübəsi olan bu pyesdə həmin janrın Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 8 / 31-41 ISSN : 3005-3137 Mahmud Kashgarli International Scientific Journal. 2025 / Volume: 3 Issue: 8 / 31-41 e-ISSN: 3005-4982 32 musiqi üslubunun bütün xüsusiyyətləri öz ifadəsini tapmışdır. Bu gün də konsert ifaçılarının nəzərini özünə cəlb edən “Aşıqsayağı” pyesi ilə Ü.Hacıbəylinin Azərbaycanda Avropa musiqi alətlərinin, yeni janrların yaradılması və təbliğində rolu əvəzsizdir.