ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Bəxtiyar Vahabzadənin dilində sintaktik vahidlərin rolu

Say: Cild 3, № 2 (7), 2025 Səhifələr: 38–46 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/7/38-46

Xülasə

Məqalədə Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı əsasında bədii üslubun formalaşmasında sintaktik vahidlərin rolu araşdırılır. Hər hansı bir şairin dilinin aydınlaşdırılmasında sintaktik səviyyənin – söz birləşməsi və cümlələrin düzülüşü və quruluşu əhəmiyyətli mövqeyə malikdir. Araşdırma göstərir ki, sintaktik seçimləri təkcə dilin texniki tərəfi kimi qiymətləndirmək düzgün deyil, onlar həm də mövzunun necə çatdırılmasına, ritm yaradılmasına, oxucunun təxəyyülünü zənginləşdirilməyə dərindən təsir edən dil vahidləridir. Bəxtiyar Vahabzadənin əsərlərindəki sintaktik vahidlərin tədqiqi sintaksisin oxucunun emosional hisslərinə və intellektual səviyyəsinə birbaşa təsir edərək üslub və məna daşıyıcısı kimi necə xidmət etdiyini göstərir. Məqalədə ədəbi üslubda sintaktik vahidlərin əhəmiyyəti təhlil edilərək vurğunlanır ki, onlar müəlliflərin fikirlərinin düzgün ifadə edilməsində həlledici rola malik dil vahidləridir. Çox vaxt yazının texniki tərəfi kimi qəbul edilən sintaksis, əslində, ədəbi əsərin estetik və emosional təsirini formalaşdıran güclü vasitələrdəndir. Bədii üslub çox vaxt söz seçimi, obrazlılıq və obrazlı dillə əlaqəli bir termin kimi təqdim edilir. Doğrudur, bunlar əsərin estetikasına əhəmiyyətli dərəcədə təsir edir, lakin cümləni tənzimləyən qrammatik quruluş kimi sintaksis də vacibdir. Sintaktik seçimlər söz ehtiyatı və ya obraz yaratmaqda ədəbi üslubun bir hissəsidir və sintaktik vahidlərin yenilənməsi və ya dəyişdirilməsi müxtəlif emosional reaksiyalar yaratmağa imkan verir. Məlumdur ki, sintaksis linqvistik mənada cümlələrin quruluşunu tənzimləyən qaydalara, o cümlədən söz sırası, durğu işarələri və müxtəlif cümlə komponentləri arasındakı əlaqəyə aiddir. Lakin bədii üslubda sintaksis tez-tez ritm və temp yaratmaqdan tutmuş müəyyən mətn elementlərinin təşkil edilməsi kimi müxtəlif məqsədlərə xidmət edir. Bədii dildə sintaksis nümunələri üslub mahiyyəti qazanır. Üslub keyfiyyəti qazanan sintaktik nümunələr mətnin emosional və estetik təsirləri ilə necə əlaqəli olduğunu göstərir. Bəxtiyar Vahabzadənin yaradıcılığı göstərir ki, sintaktik vahidlərin Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 38-46 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 38-46 e-ISSN: 3005-4982 39 səciyyələndirmədə də mühüm rolu vardır. Sintaksisdən istifadə etməklə şairlər xarakterlərin psixoloji və sosial xüsusiyyətlərini əks etdirir, onların psixi vəziyyət və ya sosial mənşəyindəki fərqləri üzə çıxarır. Sintaktik vahidlər mətnin həm estetik keyfiyyətlərinə, həm də emosional dərinliyinə təsir edərək bədii üslubun əsasında dayanır.