ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Bəxtiyar Vahabzadə və ana dilimiz

Say: Cild 3, № 2 (7), 2025 Səhifələr: 47–55 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/7/47-55

Xülasə

Məqalədə Bəxtiyar Vahabzadənin yaradıcılığının ana xəttini təşkil edən ana dili məsələləri tədqiq edilir. Dilimizin qorunması uğrunda mübarizə aparan Bəxtiyar Vahabzadə bir çox şeirlərində ana dilinin saflığının qorunması kimi məsələlərlə çıxış etmiş, buna görə də ona “ədəbiyyatımızın ana dili şairi” adı verilmişdir. Məlumdur ki, sovet dönəmində milli respublikaların dillərinin inkişafına mənfi münasibət mövcud idi. Dövlət və partiya orqanlarında, orduda bütün sənədləşmə və ünsiyyət ancaq rus dilində aparılırdı. Rəsmi dövlət adamları məclislərdə ancaq rusca danışırdı. Rus dilli orta məktəblərin sayı süni surətdə artırılır və aşkar ruslaşdırma siyasəti aparılırdı. Bəxtiyar Vahabzadənin böyüklüyü onda idi ki, belə bir ağır şəraitdə, dilə mənfi münasibətin hökm sürdüyü bir zamanda öz yaradıcılığında ana dili problemini qaldırır və dilin alovlu təəssübkeşi kimi çıxış edirdi. B. Vahabzadə yaradıcılığında dil sanki özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Müəllif dili məxsus olduğu xalqın tarixini özündə yaşadan bir vasitə kimi qiymətləndirir, bürün əsərlərində bu ideyanın təbliğçisi kimi çıxış edirdi. Şairin vətənə sevgisi, xalqına, onun dilinə böyük məhəbbət bəsləməsi əsərlərinin əsas ideyasına çevrilmiş, bu dildə yazmağın xoşbəxtlik olduğu fikrini sübut etmişdir. Milli öyanış, milli dərkin əsasında dil dayanır. Buna görə də şair məqalə və şeirlərində dil ilə bağlı olan ən mütərəqqi fikirləri dilə gətirir, ona görə də “ana dili” nə “ana köküm” deyirdi. O, bu yolda öz sələflərinin işini davam etdirərək, zaman keçdikcə inkişaf nəticəsində dəyişilən, inkişaf edən dilimizi qorumağa çalışmışdır. Ana dili məsələsi B.Vahabzadəni daima düşündürmüş, bu sahədə yorulmaq bilmədən mübarizə aparmışdır. Şair çox gözəl bilirdi ki, millətin bir millət kimi məhvinə yalnız bir yolla nail olmaq mümkündür – onun dilini əlindən almaqla. Ona görə də şair doğma ana dilinə hörmətlə yanaşmış, bu dildə yazib-yaratmaqdan qürur duymuş, dilini sevməyənlərə, bu dildə danışmaq istəməyənlərə öz əsərlərinin dili ilə tutarlı cavablar vermişdir. Bir sözlə, B.Vahabzadə şair, ictimai xadim olmaqla bərabər, əsl Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 47-55 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 47-55 e-ISSN: 3005-4982 48 Azərbaycan vətəndaşı kimi ana dilimizin həm təbliğatçısı, həm qoruyucusu, həm də yaradıcısı olmuş, müasir Azərbaycan ədəbi dilinin inkişafında xüsusi xidmətlər göstərmişdir.