Bəxtiyar Vahabzadənin dilində nida cümlələrinin rolu
Xülasə
Nida cümlələri sintaksisin maraqlı nümunələrindəndir. Onlar duyğuları çatdırmaq üçün istifadə olunan adi cümlələr kimi görünsə də, həm yazılı, həm də şifahi nitqdə zəngin üslub potensialına malikdir. Məqalədə Bəxtiyar Vahabzadənin dilində nida cümlələrinin üslub imkanları araşdırılır. Bu cümlələrin bədii dildə istifadə zamanı ifadə etdiyi müxtəlif emosional təsirin təhlili vasitəsilə şairin yaradıcılığında hansı mövqeyə malik olması göstərilir. Nida cümlələrinin şeirlərin dilinə, xarakterlərin inkişafına və oxucu və ya dinləyicinin diqqətinin cəlb edilməsinə təsirini təsdiq edən məqamlar üzə çıxarılır. Məqalənin məqsədi ədəbi şeir dilində nida cümlələrinin üslub imkanlarını təqdim etməkdir. Bu cümlələrin funksiyası emosiya- ların ötürülməsi, vurğu yaratmaq və diqqəti önəmli məsələlərə cəlb etməkdir. Təəccüb, sevinc, qəzəb və ya həyəcan kimi güclü duyğuları ifadə edən cümlə növü kimi nida cümlələrinin sonunda, adətən, nida işarəsi qoyulur. Bu işarənin özü də təsirlidir. Belə ki, danışıq dilində xüsusi intonasiya cümlənin nida xarakterini bildirməkdə mühüm rol oynayır, tez-tez səs tonunun və ya həcminin dəyişməsi ilə müşayiət olunur. Lakin yazılı nitqdə bu vəzifə durğu işarəsinin üzərinə düşür. Nida cümlələri ifadəli, emosional çalarlarla əlaqələndirilsə də, onlar sadə ünsürlərdən tutmuş daha mürəkkəb konstruksiyalara qədər müxtəlif formalarda işlənə bilər. Bu cümlələrin müəyyənedici xüsusiyyəti yüksək emosiya və ya vurğunun ötürülməsidir ki, bu da onları nitqə və ya yazıya intensivlik əlavə etmək üçün xüsusilə güclü bir vasitə halına gətirir. Azərbaycan bədii dilində nida cümlələri üslubi xüsusiyyətlərinə görə seçilən cümlə növlərindən biridir. Bu cümlələrdən bir şeyə təəccüb, heyrət, inam, ehtiras və digər duyğuları ifadə etmək üçün istifadə olunur. Nida cümlələri təkcə üslubiyyat deyil, həm də qrammatik baxımdan çox zəngin və müxtəlifdir. Onlar insanın daxili dünyasını əks etdirmək, konkret bir vəziyyətə cavab olaraq münasibət göstərmək və ya çağırış etmək üçün müxtəlif imkanlara malikdir. Nida cümlələrinin üslub imkanlarına müxtəlif aspektlərdən nəzər yetirmək maraqlı linqvistik Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 28-37 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 28-37 e-ISSN: 3005-4982 29 məsələlərdən biridir. Belə ki, nida cümlələrinin sintaksisi müxtəlif və maraqlıdır. Azərbaycan bədii dilində nida cümlələrində çox vaxt ifadənin estetik gücünü artırmağa xidmət edən dil elementləri iştirak edir. Bu fikirlərin əsaslandırılması üçün məqalənin Bəxtiyar Vahabzanin dilində nida cümlələrinə həsr edilməsi onun aktuallığını göstərir.