ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Birinci Ümumittifaq Türkoloji Qurultaya dair bəzi məqamlar

Say: Cild 4, № 2 (10), 2026 Səhifələr: 27–33 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/10/27-33

Xülasə

Məqalədə, Birinci Ümumittifaq Qurultayın yalnız elmi məruzələrdən ibarət qapalı bir toplantı kimi təqdim olunmasının birtərəfli yanaşma olduğu vurğulanır; tədbirin daha geniş miqyaslı elmi- mədəni çərçivəyə malik olduğu, lakin bunun müxtəlif mənbələrdə lazımi dərəcədə işıqlandırılmadığı qeyd edilir. Eyni zamanda, termin istifadəsində və hadisənin təqdimatında rast gəlinən qeyri- dəqiqliklərin illər boyu təkrarlandığı, bu səbəbdən bəzi məsələlərin yenidən araşdırılmasına ehtiyac yarandığı fikri ön plana çıxır. Məqalə, Qurultayın təşkilati məntiqini, elmi müzakirələrin necə istiqamətləndirildiyini və mədəni proqramın ümumi təsirini ümumiləşdirərək, onun dövrünün imkanları daxilində yüksək səviyyəli, çoxşaxəli bir elmi-mədəni hadisə olduğunu əsaslandırır. Bundan əlavə, Türkiyədən iştirak məsələsinə dair məlumatların da bəzən qarışıq və natamam təqdim edildiyi, mövzunun sənəd və mənbələr əsasında daha dəqiq təsnifə ehtiyac duyduğu ümumi nəticə kimi ifadə olunur. Qurultayın hazırlıq toplantısında iştirak edən, Qurultay günlərində Bakıda olduğu halda Qurultaya qatılmadığı anlaşılan İsmayıl Hikmət bəy və iştirakçılar siyahısında adı keçən konsul Fərid Hurşid bəy barədə də diqqətçəkən məlumatlara toxunulur. Məqalənin sonunda Qurultay iştirakçılarının monoqrafik tədqiqatlara, romanlara və filmlərə mövzu ola biləcək həyatlarının ayrıca şəkildə araşdırılması fikrinə gəlinir. Məqalədə yalnız Qurultayın protokollarına və rəsmi sənədlərinə deyil, həm də Qurultay iştirakçılarının məruzələrinə, xatirələrinə, dövrün qəzetlərinə və arxiv materiallarına əsaslanaraq müəllifin Birinci Ümumittifaq Türkologiya Qurultayı ilə bağlı kitab işi zamanı əldə etdiyi yeni məlumatlara da yer verilmişdir.