Türkologiyanin yüz illik elmi inkişaf mərhələləri və perspektiv istiqamətləri: 1926-2026 dövrünün analizi
Xülasə
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkologiya elminin sistemli şəkildə formalaşmasının başlanğıc nöqtəsi kimi qiymətləndirilir. Bu tədqiqatda 1926-2026 dövrü ərzində türkologiyanın elmi inkişaf mərhələləri, istiqamətləri və tədqiqat prioritetləri mərhələli şəkildə təhlil olunur. Məqalədə türkologiyanın sovet dövrü, postsovet mərhələsi və müasir qloballaşma dövründəki elmi diskursları müqayisəli şəkildə araşdırılır. Tədqiqatın məqsədi türkologiyanın yüz illik elmi təcrübəsini ümumiləşdirərək bu sahənin inkişaf tendensiyalarını və gələcək perspektivlərini müəyyənləşdirməkdir. Analiz nəticəsində müəyyən olunur ki, türkologiya elmi yalnız dil və ədəbiyyat tədqiqatlarının toplusu deyil, həm də türklərin ortaq kimliyini, mədəni yaddaşını və intellektual birliyini əks etdirən çoxşaxəli elmi istiqamət kimi formalaşmışdır. Müasir mərhələdə rəqəmsal humanitar elmlər, müqayisəli dilçilik, mədəni inteqrasiya və ortaq türkcə diskursları türkologiyanın gələcək inkişafında əsas istiqamətlər kimi dəyərləndirilir.