Heydər Əliyevin elm və təhsil sahəsində söz varlığı
Xülasə
Məqalədə Heydər Əliyevin elm və təhsillə bağlı yazılarında, bəyanatlarında və çıxışlarında istifadə etdiyi söz varlığı araşdırılır. Azərbaycanın ulu öndəri, türk dünyasının müdrik şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyev nitqlərində, yazılarında və kitablarında istifadə etdiyi geniş söz ehtiyatı, incə semantik detallarla toxunmuş ifadələri, təsirli sintaksisi ilə nümunəvi natiqlik sənəti ustasıdır. Azərbaycan dilinin inkişafı, yayılması və öz mənliyini qazanması üçün dövlət səviyyəsində çox mühüm işlərin aparan; Qərarların və qanunların qəbul edilməsinə şərait yaradan Heydər Əliyev bu dil siyasəti ilə bərabər çıxışlarında, əsərlərində hər kəsə örnək olacaq dildən istifadə etməklə insanın necə zəngin söz ehtiyatına malik olması lazım olduğunu öz simasında nümayiş etdirmişdir. Heydər Əliyevin nitq və əsərlərinin lüğət tərkibinə bu aspektdən nəzər salındıqda onun ifadə qabiliyyətinə, dildən təsirli istifadəsinə görə son dərəcə əhatəli, incə semantik təfərrüatları ehtiva edən zəngin lüğətə malik olduğu görünür. Məqalədə Ümummilli Lider Heydər Əliyevin Elm və Təhsillə bağlı nitq, bəyanat və yazılarının lüğət tərkibini müəyyən etmək üçün yaradılmış korpus təqdim edilmiş, bu lüğətin elmi cəhətdən tədqiqi yolları haqqında məlumat verilmişdir.