Heydər Əliyev diskursunda Azərbaycançılıq məfkurəsi
Xülasə
Vətən konseptinin əhatə dairəsi daim mütərəqqi dəyişikliklərə məruz qalır. Bu XXI əsrin qloballaşma çərçivəsində xüsusilə kəskinləşən ekstralinqvistik spektrlərdə yeni mahiyyət alır. Qlo- ballaşan dünyada bəzən vətənpərvərlik hissi daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hissləri ilə əvəz olunur. Sənayeləşmə, demokratikləşmə, məlumat mübadiləsi dairəsinin genişlənməsi və s. qloballaşma prosesi atributları etno-milli mənsubiyyətlərə təsir edərək münaqişələrə səbəb olur. Heydər Əliyevin vətən konseptində dövlət, milli özünüdərki dəyərləndirən, formalaşdıran vətən- pərvərliyinin imperativ Böyük Vətən mənası daim aktualdır: Böyük Vətən müharibəsi qurtarandan sonra – ondan əlli ildən çox, əlli bir il keçib – Vətən müharibəsinin qəhrəmanları həmişə cəmiy- yətdə mötəbər, ən sayılan adamlardır. “Müharibə ” roman epopeyasında Azərbaycan xalqının Bö- yük Vətən müharibəsində ön və arxa cəbhələrdə fədakarlığı və vətənpərvərliyi təsvir olunur”. Heydər Əliyevə görə, azərbaycançılıq coğrafi məkan yox, daha çox siyasi anlayışdır… Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər! Heydər Əliyevin vətən məfkurəsinin tamlı- ğını, yekun modelini vermək, dolğun təsvir etmək çox çətindir, çünki o ən xoş sözlərin, həsrətin, nostalji hisslərin, demək mümkün olan mətnlərin məcmusu, toplumu, bütün mülahizələrinin po- tensial həqiqətləri, keçmişi və gələcəyidir: vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır – əbədi və əzəlidir!