Heydər Əliyev və türk mənəvi dəyərləri
Xülasə
Ümummilli lider fenomenal şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi İlində onun həyat və fəaliyyətinə bir daha nəzər saldıqda Ulu öndərin bütün varlığı ilə xalqına, dilinə, dininə, xalqın milli-mənəvi dəyərlərinə yüksək qiymət verməsi, Vətəninə, ümumilikdə türk dünyasına bağlılığı, sevgisi fəaliyyətinin bütün mərhələlərində müşahidə olunur. Heydər Əliyev üçün Azərbaycan xalqının tarixi kökləri, adət- ənənələri, milli-mənəvi dəyərləri müqəddəs və toxunulmaz idi. Məqalədə Heydər Əliyevi unikal şəxsiyyət edən şəxsi keyfiyyətləri - cəsarət və qətiyyəti, ən kritik vəziyyətdə düzgün qərar vermək bacarığı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qorumaq üçün atdığı cəsarətli addımlar, xalqının taleyüklü məsələlərinin həllində düzgün qərarlar verməsi, siyasi kolliziyalardan qalib çıxmaq məharəti, böyük strateq kimi manevrlər etməsi, natiqlik istedadı və güclü iradəsi ilə böyük kütləni arxasınca aparmaq bacarığı, türk dünyasının birliyi üçün uzaqgörənliklə verdiyi qərarlar ictimai-siyasi fəaliyyətinin bütün dövrləri nəzərdən keçirilərək diqqətə çatdırılmışdır. Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə edir. Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndərin fəaliyyətinin əsas məqsədlərindən idi. Heydər Əliyev türk dövlətləri ilə Rusiya arasındakı iqtisadi, siyasi, mədəni münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirdi, o hesab edirdi ki, Rusiya vətəndaşları olan türk xalqlarının milli özünüdərk, özünüifadə imkanlarının genişlənməsi türk dünyasının ümumi yüksəl iş strategiyasının başlıca istiqamətlərini təyin edir. Türk dünyası ədəbiyyatına, mədəni abidələrinə, ədəbi şəxsiyyətlərinə dəstək də bu strategiyanın tərkib hissəsi idi. Heydər Əliyev bu strategiyanı türk xalqlarını birləşdirən tarixi dəyər kimi qiymətləndirirdi.