ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

I Türkoloji Qurultay və Bəkir Çobanzadə

Say: Cild 4, № 2 (10), 2026 Səhifələr: 54–58 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/10/54-58

Xülasə

Bu məqalədə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyəti və görkəmli türkoloq alim Bəkir Çobanzadənin həmin qurultaydakı rolu tədqiq olunur. Qurultay türk xalqlarının elmi, dilçilik və mədəni inteqrasiyası üçün mühüm hadisə olmuşdur. Bəkir Çobanzadə qurultayda türk dillərinin qrammatik quruluşu, orfoqrafiya problemləri, vahid əlifba məsələsi və terminologiyanın unifikasiyası ilə bağlı vacib çıxışlar etmişdir. Onun dilçilik baxışları türk dillərinin müqayisəli tədqiqinə əsaslanır və milli dil şüurunun formalaşmasında mühüm rol oynamışdır. Məqalədə həmçinin Çobanzadənin türk dünyasında elmi nüfuzu və qurultayın türkologiyanın inkişafına verdiyi töhfələrə diqqət yetirilmişdir. Qurultayda sovet məkanında yaşayan türkdilli xalqların tanınmış alimləri, ziyalıları və dilçiləri iştirak edirdilər. Onlardan biri də görkəmli azərbaycanlı alim, professor Bəkir Çobanzadə idi. I Türkoloji Qurultay təkcə sovet türkologiyası tarixində deyil, ümumilikdə türk dünyasının dil və mədəniyyət tarixində mühüm hadisə idi. Bu mötəbər elmi forumda Bəkir Çobanzadənin rolu və xidmətləri öz aktuallığını bu gün də qoruyur. Onun elmi irsi, dil siyasəti və türk dillərinin inkişafı istiqamətində atdığı addımlar türkoloji fikrin inkişafında mühüm mərhələ təşkil edir. 2026-cı ildə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı həmin böyük tarixi hadisənin türk xalqlarının gələcək inkişafında uğurlu, tarixi bir addım olduğunu vurğulamağa yönəldilmişdir.