IX-X əsrlərdə Xəzər xaqanlığında dini islahat
Xülasə
Təqdim olunan məqalədə orta əsrlərdə mövcud olmuş Xəzər xaqanlığında aparılan dini islahatlar, onun araşdırılması zərurətindən bəhs edilir. Qeyd edilir ki, feodal münasibətlərinin inkişafı feodal hakim təbəqənin maraqlarını artıq təmin edə bilməyən arxaik bütpərəst şamançı ideologiyadan imtina edib təbəqələşən cəmiyyətin hakim elitasının maraqlarına cavab verən səmavi dinlərdən birinin qəbulunu zəruri edirdi. VIII əsrin ikinci yarısında yaranmış vəziyyət xaqanı ümumdövlət dinini qəbuletməyə vadar etdi. Xaqan qonşu feodal türk dövlətlərində və knyazlıqlarında olduğu kimi səma allahı Tenqriyə olan inamı dövlət ideologiyasi kimi bərqərar etmək istədi. Lakin slavyan və bulqar tayfaları arasıda xristianlıq yayılmağa başlayandan sonra xaqan ciddi seçim qarşısında qaldı. O da təbəələrini müqəddəs kitab əhli etmək istədi. Lakin Bizansın din xadimlərinin xaqanlqda dövlət əleyhinə təbliğat aparaq pozuculuq işləri məşğul olmaları xristianlıqdan imtina edilməsinə səbəb oldu. Ərəb xilafıti ilə VIII əsrin birinci yarısında aparılan ağır müharibələr isə islamın rəsmi dinə cevrilməsini qeyri-mümkün etdi. Mövcud ictimai- siyasi vəziyyəti, həmçinin xristian Bizans imperiyası və müsəlman Ərəb xilafəti ilə o qədər də sadə olmayan münasibətləri nəzərə alan Xəzər xaqanı yəhudiliyi seçdi. Xristian xəzərlərin bir qismi Volqa Bulqariyasına köç edərək onlarla eyni dildə danışan bulqar kütləsi ilə qaynayıb-qarışdılar. Müsəlman xəzərlər indiki Dağıstan ərazisində məskunlaşaraq bəzi fərziyyələrə görə qumuq xalqının təşəkkülündə mühüm rol oynadılar. Yəhudi xəzərlər isə Krımda və Qara dənizin şimal sahillərində məskunlaşdilar. Onlar bu bölgələrdə az sayli xalq kimi yaşayan qaraimlərin əcdadları sayılırlar. Dağıstanda və Azərbaycanın şimalında dağ rayonlarında məskunlaşmış müasir dağ yəhudiləri də həmin yəhudi xəzərlərin və irandilli tatların varisləri hesab edilirlər.