ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Koreya və Azərbaycan arasında dil tədrisi və mübadilələrin hazırki vəziyyəti

Say: Cild 2, № 1 (3), 2024 Səhifələr: 12–18 Dil: Azərbaycan UOT: 531. 811

Xülasə

Azərbaycan dilinin tədqiqinə dair araşdırmalar, əsasən, Koreya dili ilə türk dillərinin aqqlütinativlik xüsusiyyətləri aspektindən aparılıb. Lakin son zamanlar müxtəlif sahələrdə aparılan tədqiqatların əhatə dairəsi genişlənib. Bu məqalə Koreya və Azərbaycan dilləri arasında aparılan linqvistik müqayisəli tədqiqatlar haqqında deyil, dilin tədrisinin ümumi aspektində hər iki ölkənin mövcud vəziyyətini araşdıraraq Azərbaycan dili ilə əlaqədar Koreyada milli siyasət kimi həyata keçirilən dil tədrisi proqramının istifadəsi üçün üsulların təklif edilməsi ilə bağlıdır. Azərbaycan və Koreya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulsa da Koreya ilə Azərbaycan arasında elm, təhsil, mədəni əlaqələrin genişlənməsi Cənubi Koreya prezidenti No Mu Hyonun 2006-cı ildə Azərbaycana səfərindən sonra daha geniş vüsət almışdır. 2007-ci ildə hər iki ölkədə səfirlik yaradıldı. O vaxtdan bəri iki ölkə arasında iqtisadi, sosial və mədəni mübadilələr durmadan artır. İnkişaf potensialı və mümkünlüyü olan ölkələrlə mübadilələrin genişləndirilməsi dilə tələbatın da artırılmasını və əməkdaşlıq sahəsində istedadlı insanların yetişdirilməsini tələb edir. Müvafiq olaraq, hər iki ölkədə dil, mədəniyyət və akademik sahələrə tələbatın daha da artacağı gözlənilir. Məqalədə Azərbaycan və Koreyada milli siyasət kimi həyata keçirilən dil tədrisi proqramının istifadəsi üçün üsullardan bəhs edilmiş, hər iki ölkədəki dil tədrisinin vəziyyəti, Azərbaycanda Koreya dilini və koreyaşünaslığı tədris edən müəssisələrin cari vəziyyəti, statistikası,iki ölkə arasında təhsil sahəsində digər mübadilə və əməkdaşlıqlar tədqiqata cəlb edilmişdir.