Türkmənşəli təxəllüslər və Şərqi Slavyan ad sistemində yeri
Xülasə
Məqalədə rus dilindəki türk elementləri çox qədim tarixdən o dilinin bütün semantik qruplarına, terminologiyasına və onomastik sisteminə də nüfuz etdiyi göstərilir. Yazıda məqsəd rus müəlliflərinin istifadə etdiyi türkmənşəli təxəllüslərin bir çox xüsusiyyətlərini üzə çıxarmaqdır. Aydın olur ki, rus o cümlədən Ukrayna, Belorus cəmiyyətində təxəllüslərə maraq və meyllərin səbəbi müxtəlif olmuşdur. Burada türkmənşəli təxəllüslərin geniş və davamlı şəkildə işlədilməsi halları bir neçə səbəblə bağlı idi. Bu ən çox türk xalqlarının dilləri, tarixi, etnoqrafiyası sahəsində çalışan alimlərin, yazıçıların türk xalqlarının tarixinə, dilinə və türk sivilizasiyasına böyük maraqları ilə əlaqədardı. Bir sıra böyük şəxsiyyətlərin türk yer, şəxs adından təxəllüs kimi istifadə etmələri onların etnik mənşəyinin türklərlə bağlı olması səbəbindən doğur. Bundan başqa bir də rus ziyalılarının - sənət adamlarının, xüsusən mətbuat işçilərinin ekzotik adlara meyli ilə bağlıdır. Rus dilində mövcud olan türkizmlər alındığı kimi, türk ölkə və şəhər adları arasından, bədii personaj adları sırasından seçilərək işlənə bilərdi. Məqalənin bir əhəmiyyəti də ondadır ki, mövzu az öyrənilmiş sahəyə həsr olunmaqla Şərqi Slavyan dilərindəki türkmənşəli sözlərin həmin dillərdə mövqeyini, yerini tam şəkildə bərpa edir.