Küça ləhcəsində ata sözü haqqında
Xülasə
Böyük karvan yolu adlandırılan İpək Yolunun şimal xəttinin ortasında yerləşən Küça qədimdən Tanrı Dağlarının şimal və cənubunu, qərb və şərqi birləşdirən mühüm bir nöqtə olmuşdur. Küçanin şimalında böyük Tanrı Dağları, cənubunda isə sonsuz Taklamakan səhrası yerləşir. Küça uyğurların ən qədim ata yurdlarından biridir və burada tarix boyu yalnız uyğurlar deyil, eyni zamanda soqdlar, ariyanlar və toxarlar da yaşamış və Küça mədəniyyətinin formalaşmasına müəyyən təsir göstərmişlər. Küça mərkəzi Asiya iqlimində və mərkəzi Asiya dairəsində buddizm və islam dinlərinin mədəniyyət mərkəzi olmuşdur. Küçanin coğrafi üstünlüyü və özünəməxsus mədəni qatları küça sakinlərinin dilinə də öz təsirini göstərmiş və qədimdən bu yana Küça ləhcəsi uyğur dilinin başqa bölgələrindən fərqli bir ləhcə təşkil etmişdir. Küça ləhcəsi uyğur dilinin digər ləhcələrindən yalnız səslərin yumşaqlığı və ədəb-ərkan baxımından deyil, həm də lüğət tərkibindəki sözlərin özünəməxsusluğu ilə də fərqlənir. Müasir dövrdə uyğur dili dialekt və ləhcələri üç böyük dialektə və onlarla ləhcəyə bölünür, Küça bölgəsi isə uyğur dilinin mərkəzi dialekti olan Tarım ləhcəsinin Küça ləhcəsinə ayrılmışdır. Küça ləhcəsi Bay, Şahyar və Toqsu rayonlarını əhatə edir və bu ləhcənin yayıldığı bölgələrdə ata üçün "ata" sözü istifadə edilməkdədir. Bu məqalədə Küça və Küça ləhcəsində əsas söz olan "ata" sözü tarixi mənbələr əsasında izah olunur.