ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

M.Kaşğarinin “Divanü lügat-it-türk” əsəri Azərbaycan tarixinə dair mənbə kimi

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 168–174 Dil: Azərbaycan UOT: 94. 038

Xülasə

Məqalədə Mahmud ibn əl-Hüseyn ibn Məhəmməd əl-Kaşğari və onun qorunub saxlanılmış, həyatının ən mühüm əsəri – “Divanü Lüğat-it türk” monumental əsəri barədə məlumat verilmişdir. 1008- 1095-ci illərdə yaşamış M.Kaşğari dövrünün ən məşhur ensiklopedik biliyə sahib alimlərindən biri hesab olunur. Qaraxani əyanlarının ən ali dairələrinə mənsub olması ona orta və ali təhsilini ən mükəmməl yerlərdə və məşhur müəllimlərdən almaq imkanı vermişdir. Onun “Divanü Lüğat-it türk” əsəri tarixi mənbə kimi ilk dəfə tədqiqata cəlb edilmişdir. Əsərə istinadən məqalədə toxunduğumuz məsələlər ayrı-ayrılıqda tədqiq olunsa da, onların kompleks şəkildə tədqiqi əsərin Azərbaycan tarixi üçün əhəmiyyətini daha sistemli şəkildə izləməyə imkan verir. Məqalədə Mahmud Kaşğarinin həyatı, “Divanü Lüğat-it türk” əsərinin yazılması və məlum nüsxələri, öyrənilməsi, əsərin strukturu və tarixi mənbə kimi əhəmiyyətini şərtləndirən amillər tədqiq olunmuşdur. Aparılan araşdırmanın nəticəsində məlum olur ki, “Divanü Lüğat-it türk” əsəri min il bundan əvvəlki türklüyün bütün xüsusiyyətləri – başda dili və ədəbiyyatı olmaqla türkün tarixini, coğrafiyasını, mədəniyyətini, iqtisadi həyatını, mənəvi, milli dəyərlərini, psixologiyasını, dünyagörüşünü, həyat tərzini, adət və ənənələrini, sosial münasibətlərini, etnoqrafiyasını bir sözlə, hər şeyi ideal şəkildə özündə əks etdirən dəyərli bir mənbədir.