Mahmud Kaşqarlının “Divanü lüğət-it türk” kitabı türkün özünütanıma və özünütanıtmasının möhtəşəm abidəsi kimi
Xülasə
Türk xalqlarının dil özəlliklərini özündə əks etdirən, türkün dili, ədəbiyyatı, mədəniyyəti, ictimai- siyasi tarixi, coğrafiyası, məişəti, düşüncə sistemi və s. haqqında fikir formalaşdıran, türkün ilk sözlüyü hesab edilən Mahmud Kaşqarlının “Divani lüğət-it türk” kitabı türkün özünütanıma və Şərqdə özünütanıtma yoluna işıq salan ən möhtəşəm abidələrdən biridir. Ərəbcə yazılmış bu əsər iyirmi il toplama, iki il isə düşünüb yazmaq zəhmətinin məhsuludur. Öz yaratdıqlarına sahib olmaq və bunları dünya arenasına təqdim etmək təşəbbüsü bu əsərdə başlıca məqsəd daşıyır. Məqalədə bütün bunlarla yanaşı əsərin başqa bir məqsədi ərəblərə türk dilini öyrətmək və türk dilinin ərəb dili qədər zəngin bir dil olduğunu sübut etmək fikri diqqətə çatdırılmışdır. Məqalədə “Divani lüğət-it türk”də yer alan üç yüzə yaxın atalar sözlərinin işlənmə məqamları araşdırılmışdır. Tədqiqatçılar həmin nümunələri türkün ən əski atalar sözləri hesab edir. Bu nümunələrdə türk insanının dünyabaxışı, insana, hadisələrə və s. münasibəti diqqəti cəlb edir və nəticədə türk ictimai- siyasi, ədəbi-bədii baxış modelinin nədən ibarət olması barədə geniş təsəvvür yaradır. Məqalədə həmçinin, “Divani lüğət-it türk”də türk qəhrəmanlıq tarixində yeri olan Alp ər Tonqa, Şu və s. ilə bağlı poetik nümunələr və təhlillər yer almışdır.