Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində ismin lüğəvi məna növləri
Xülasə
Türk dünyasının ilk ensiklopedik əsəri olan “Divanü lüğat-it türk” XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən yazılmışdır. Bildiyimiz kimi “Divanü-lüğat it türk” söz varlığının müxtəlifliyini və genişliyini əks etdirməklə yanaşı, o dövrdə türklərin maddi və mənəvi mədəniyyəti, insan və cəmiyyət həyatı ilə bağlı maraqlı qeydləri özündə əks etdirir. Əsərin türkcənin bizə məlum olan ən qədim lüğəti, antologiyası, ensiklopediyası, qiymətli və əhəmiyyətli toplu olması mütləq qeyd edilməlidir. M.Kaşğari “Divanü lüğat-it türk”də türk xalqlarının məskunlaşdığı coğrafi ərazilərə, bu xalqların adət-ənənələrinə, etnik, etnoqrafik xüsusiyyətlərinə nə qədər yer versə də, əsərin əsas ideyası türk dilləri haqqında məlumat verməklə yanaşı, onun leksik zənginliyini göstərmək və ərəb dünyasına türk dillərini təqdim etmək olmuşdur. Kaşğarinin “Divan”ı qələmə almasından 950 il keçməsinə baxmayaraq bu əsər linqvistik, tarixi, etnoqrafik və coğrafi əhəmiyyəti ilə yanaşı, milli-mədəni düşüncəmizi özündə əks etdirərək türk genefondunu daşıyan abidə kimi öz aktuallığını və dəyərini hələ də saxlamaqdadır. Bununla yanaşı lüğətdə türklərin adət- ənənələrini, əxlaqi-mənəvi dəyərlərini, etnoqrafiyyasını, mədəniyyətini özündə əks etdirən yemək, içmək, milli oyunlar və geyimlər, yüzdən çox türk qəbilələrinin adları, heyvan, bitkii və quş adları, dini, tibbi, hərbi və s. terminlər, həmçinin bədii nümunələr də verilmişdir. “Divan” XI əsrdə türk mədəniyyətini bu günümüzə daşıyan dəyərli əsər kimi türk qəbilə və tayfalarının dilini, həyat tərzini, etnoqrafiyasını, həyata baxış fəlsəfəsini, folklorunu, mifologiyasını, əxlaqını özündə daşıyan ensiklopedik lüğət səciyyəli səkkiz kitabdan ibarətdir. Hər dövrdə öz aktuallığını qorumağı bacaran bu əsərin türk xalqları üçün əhəmiyyəti danılmazdır. “Divan” universal bir əsər olaraq bütün qrup, dil və ləhcələrin fövqündə dayanan və onların arasında fərq qoymadan istisnasız olaraq hər birini əhatə edən və bununla özündə cəmləşdirən olduqca zəngin bir xəzinədir. Müasir Azərbaycan dilinin tarixi qatlarının öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıyan “Divan”da sadə isimlər, ismin Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 56-65 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 56-65 e-ISSN: 3005-4982 57 kateqoriyaları hər zaman aktuallığını qoruyan məsələlərdəndir. Böyük türkoloq M.Kaşğarinin “Divan”ında ismlərin lüğəvi məna qrupları, ona aid qrammatik kateqoriyaları, quruluşca məna növləri zəngin nümunə və izahlarla əks olunmuşdur.