ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 4, № 3 / Ədəbiyyatşünaslıq

“Malla Savdoqar” (“Sarı Tacir”) dastanındakı Əhməd Vəzır və “Lısonüt-Təyr” dastanındakı Şeyx Sənan obrazlarının müqayısəlı təhlılı

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 145–160 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/145-160

Xülasə

Bu məqalədə özbək xalq dastançılığı ilə klassik yazılı ədəbiyyat arasındakı bədii-estetik və ideya bağlılığı “Malla savdogar” dastanı ilə Əlişr Nəvainin “Lison ut-tayr” əsəri nümunəsində müqayisəli-tipoloji aspektdə tədqiq edilir. Tədqiqatın əsas məqsədi “Malla savdogar” dastanındakı Əhməd vəzir obrazı ilə “Lison ut-tayr” dastanındakı Şeyx Sənan surətinin əxlaqi-fəlsəfi mahiyyətini üzə çıxarmaq, onların vasitəsilə “nəfs”, “eşq”, “şərab”, “namus” və “mərifət” anlayışlarının bədii interpretasiyasını işıqlandırmaqdan ibarətdir. Məqalədə baxşı Jo‘ra Eşmirza o‘g‘li, Çorshanbi Rahmatullayev, Şoberdi Boltayev və Abdunazar Poyonov variantlarında Əhməd vəzir obrazı süjeti hərəkətə gətirən mərkəzi səbəbkar qüvvə kimi təhlil edilir. Xüsusilə kişi libasında Çambil yurduna gələn xəbərçi və ya çapar qızlarla bağlı hadisələr vasitəsilə Əhməd vəzirin nəfsinə uyan, hiyləgər və alçaq xarakteri açılıb göstərilir. Bununla yanaşı, xəbərçi qızların ağlı, fərasəti, namus və şərəfi qorumaqdakı qətiyyəti folklor təfəkküründəki əxlaqi ideal kimi şərh olunur. Əlişir Nəvainin “Lison ut-tayr” dastanındakı Şeyx Sənan hekayəti isə təsəvvüfi-fəlsəfi məzmunda izah edilərək, burada eşqin ilahi mahiyyəti, insanın öz “mən”indən keçməsi və mərifətə doğru ruhi kamilləşmə mərhələləri təhlil olunur. Tədqiqat zamanı şərab motivinin folklordakı mənfi-semantik funksiyası ilə klassik ədəbiyyatdakı məcazi-irfani yozumu müqayisəli şəkildə açıqlanır. Məqalənin sonunda “Malla savdogar” dastanındakı Əhməd vəzir obrazının dünyəvi nəfs və rəzillik simvolu, Şeyx Sənanın isə ilahi eşq yolunda sınaqdan keçən kamil salik obrazı olduğu elmi şəkildə əsaslandırılır. Tədqiqat nəticələri folklor və klassik ədəbiyyat arasındakı motiv, obraz və rəmzlər sisteminin genetik və tipoloji müştərəkliyini müəyyənləşdirmək baxımından mühüm elmi əhəmiyyət kəsb edir.