ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 4, № 3 / Ədəbiyyatşünaslıq

Azərbaycan ədəbi-nəzəri fikrində türk ədəbiyyatı konsepsiyası

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 129–144 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/129-144

Xülasə

Məqalədə 1920-ci illərin əvvəlləri və ortalarında ümumtürk ədəbiyyatı, ortaq türk yazılı abidələri ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verilir. Ümumtürk ədəbiyyatının ilkin qaynaqları sırasında Orxon-Yenisey kitabələrindən, “Kitabi-Dədə Qorqud” eposundan, M.Kaşğarlının “Divanü lüğatit-türk”, Y.Balasaqunlunun “Kutadku bilik” əsərindən bəhs olunur. Tənqidçi A.Musaxanlının “Kitabi-Dədə Qorqud” eposu və Y.Balasaqunlunun “Kutadku bilik” poeması ilə bağlı apardığı təhlillər, Mirzə Möhsün, professor Cövzi və B.Çobanzadənin M.Kaşğarlının “Divan”ı haqqında yazdıqları məqalələr diqqətə çatdırılır. Bu əsərlərin türk dili və ədəbiyyatının inkişafında önəmli olması göstərilir. B.Çobanzadənin görkəmli türk alimi İsmayıl Hikmətin dörd cildlik “Türk ədəbiyyatı tarixi” monoqrafiyasına yüksək dəyər verməsindən danışılır, bu əsərin elmi əhəmiyyəti haqqında professor M.F. Köprülüzadənin elmi qənaətlərindən söz açılır. Məqalədə eyni zamanda XV əsr böyük özbək şairi Əlişir Nəvainin anadan olmasının 500 illiyi ilə əlaqədar olaraq, 1926-cı ildə Bakıda çap olunmuş “Əmir Əlişir Nəvai” kitabçasında toplanmış məqalələr təhlil olunur. M.F. Köprülüzadə, İ.Hikmət, B.Çobanzadə, S.Mümtaz, Ə.Nazim kimi tədqiqatçıların özbək dili və ədəbiyyatının inkişafında xidmətləri olan Ə.Nəvai haqqında məqalələri dəyərləndirir. İ.Hikmətin Türkiyə türk ədəbiyyatının T.Fikrət, M.Ə.Yurdaqul, R.Tofiq, M.Akif, M.Ə. Rəcaizadə kimi görkəmli ədiblər haqqında yazdığı məqalələr təhlil süzgəcindən keçirilir.