Qədim Naxçıvan xalçalarında prototürk damğaları və yazı işarələri
Xülasə
Məqalədə Naxçıvan xalçalarında mövcud olan qədim türk mifi və damğalarından bəhs olunur. Naxçıvan xalçaçılıq muzeyində saxlanan 50-dən artıq xalça və onlardakı naxışlar bu istiqamətdə tədqiq olunmuşdur. Bununla bərabər ekspedisiyalar zamanı kəndlərdəki xalçalardan da nümunələr götürülmüşdür. Bu yazıda qədim Naxçıvan xalçaçılıq sənətində türk damğa işarələri və yazıların tarixi dövrü də faktlarla sübut edilmişdir. Onların hansı qədim türk tayfalarına aid olduğu və hansı xalqlar arasında yayımı, daşıdığı mənalar mənbələr əsasında müqayisəli izah olunmuşdur. Bu mədəniyyət nümunələrindəki mif və damğalar Naxçıvanın ən qədim mədəniyyət mərkəzi kimi mövcudluğunu təsdiq edir. Qaynaqlar üzrə tədqiqat zamanı Naxçıvan xalçalarındakı naxışları formalaşdıran damğa və işarələrin qədim türk-Azərbaycan xalqına aidliyi də sübut edilmişdir. Bu xalçalarda qədim mif və yazı işarələrinin də bütövlükdə türklərdə yayıldığı da mənbələrdə öz əksini tapır. Xalçaçılıq sənətinin ən qədim dövrlərdən mövcudluğu da elmi faktlarla sübut olunmuşdur. Tədqiqat zamanı bu xalçalardakı bəzi işarələrin erməni, fars və digər xalqlara aidliyi tarixi faktlarla təkzib edilmişdir. Tədqiqat zamanı yeni elmi nəticələr ortaya çıxarılmışdır. Bu isə xalçaçılıqla bağlı gələcək tədqiqatlar üçün elmi əhəmiyyətə malikdir.