ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 2, № 3 / İncəsənət və mədəniyyət

Nizami “Xəmsə”si musiqimizin ucalıq zirvəsi Qara Qarayevin yaradıcılığında

Say: Cild 2, № 3 (5), 2024 Səhifələr: 127–133 Dil: Azərbaycan UOT: 5704.01

Xülasə

Q.Qarayev musiqimizin elə bir ucalıq zirvəsidir ki, ziyası illəri, qərinələri, əsrləri adlayır, gələcək nəsillərin də yollarına nur səpələyir. Milli iftixarımız olan görkəmli musiqiçi və ictimai xadim Qara Qarayev zəmanəmizin elə dahi bəstəkarlarından, parlaq simalarındandır ki, onun istedad və sənətkarlıq xüsusiyyətləri müasir dünya musiqi sənətinin inkişaf yollarını müəyyənləşdirir. O, Azərbaycan musiqisini elə inkişaf mərhələsinə yüksəltmişdir ki, milli gerçəklik hüdudlarından çox-çox kənara çıxa bilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr Sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. TÜRKSOY-un qərarı ilə 2018-ci il Qara Qarayev ili elan olunub. Artıq bu çərçivədə böyük işlər görülməkdədir. 2018-ci il fevralın 14-də Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirilmişdir. XX əsr musiqi mədəniyyətimizin ən görkəmli nümayəndələrindən biri olan Qara Qarayev Azərbaycan mədəniyyətinə dünya şöhrəti gətirən musiqi xadimlərimizdən biridir. O, zəngin yaradıcılığı və möhtəşəm sənət dünyası ilə bəşəriyyətin diqqət mərkəzində dayanmış şəxsiyyətlərdəndir. Böyük Ü.Hacıbəyovdan dərs almış dünya şöhrətli bəstəkarın əsərləri dünya mədəniyyətinin incilərindən sayılır.